"Litsenberqer münaqişənin həllində daha yaxından iştirak edəcək”
09:39 04.01.2019
Arxiv
592
"Vaşinqton öz geosiyasi maraqları prizmasından Qarabağ konfliktinin həllində maraqlıdır”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, ABŞ-ın Dövlət Departamentinin hərbi və təhlükəsizlik sahəsində çalışan birini ölkəmizə səfir göndərməsi təsadüfi deyil:
"ABŞ müəyyən zamanlarda regionda baş verən proseslərə uyğun olaraq ölkəmizə səfir təyinatını diplomatların peşə xüsusiyyətlərinə və çalışdıqları sahəyə görə təyin edib. Regionumuzda enerji məslələrinə üstünlük verdiyi üçün daima bu sahə üzrə ixtisaslaşan və təcrübəsi olan diplomatları ölkəmizə səfir göndərib. İndi isə, artıq enerji məsələləri öz həllini tapıb, bu layihələrin qarşısında olan əngəllər ortadan qaldırılıb.
Hazırda Vaşinqtonun qarşısında duran əsas məqsəd Azərbaycanla sıx siyasi-hərbi əlaqələri gücləndirmək və Qafqazda mövqeyini artırmaqdır. Yeni səfirin Azərbaycanda fəaliyyəti demək olar ki, gərgin olacaq. Xəzər regionunda ABŞ-ın maraqları artır və Azərbaycanın qonşusu olan Rusiya və İranla konfontrasiya yaşayır. Düşünürəm ki, Litsenberqerin Qarabağ münaqişəsinin həllində digər səfirlərdən fərqli olaraq, daha da yaxından iştirak edəcək”.
Analitik bəyan edib ki, ABŞ-Azərbaycan əlaqələri hərbi-texniki və təhlükəsiz sahəsində də inkişaf edəcək: "Hətta Amerika ilə böyük partiyada silah alışı da reallaşa bilər. Həmçinin, səfir ölkəmizin avrointeqrasiya kursunun aparılmasına, Rusiya və İranın aqressiyasına qarşı səylərini artıracaq. Sabiq səfir Robert Sekutadan fərqli olaraq, Erl Litsenberqer səlahiyyət müddətində sükuta üstünlük verməyəcək”.
Qeyd edək ki, ABŞ senatı Erl Litsenberqerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib. Yeni təyin olunan səfir əsasən NATO və Dövlət Departamentində hərbi-siyasi və təhlükəsizlik məslələri üzrə çalışıb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol