“Liverpul” evdə, “Çelsi” səfərdə çətin qələbə qazanıb
19:06 31.03.2019
Arxiv
562
İngiltərə Premyer Liqasında XXXII turun iki oyunu keçirilib. ONA-nın məlumatına görə, hər iki matçda eyni nəticə qeydə alınıb.
İkinci oyun günü Kardiffdə başlayıb. Səfərdə oynayan "Çelsi” məğlub duruma düşdüyü qarşılaşmada "Kardiff”in qapısından iki top keçirə bilib. Qələbə sayəsində londonlular paytaxtın digər komandası "Arsenal”a çatıblar.
Turun mərkəzi oyununda "Liverpul” "Tottenhem”i qəbul edib. Roberto Firmino matçın əvvəlində meydan sahiblərini irəli çıxarıb. Lukas Mouranın vurduğu bərabərlik qolundan sonra irəli atılan liverpullular sonda avtoqol sayəsində qələbə qazanıblar.
Bu, Yurgen Kloppun yetirmələrinin zirvəyə yüksəlməsi üçün yetərli olub. Lakin iki xal geridə olan "Mançester Siti”nin ehtiyatda bir oyunu var.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
İngiltərə Premyer Liqası
XXXII tur
31 mart
"Kardiff” – "Çelsi” – 1:2
Kamarasa, 46 – Aspilikueta, 84, Loftus-Çik, 90
"Liverpul” – "Tottenhem” - 2:1
Firmino, 16, Alderveyreld, 90 (avtoqol) – Moura, 70
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi