Mahmud Məmmədquliyev: “İnanırıq ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək”
16:33 16.05.2016
Arxiv
461
"Avropa İttifaqına üzv 28 dövlət demokratiya, sülh və gələcək naminə birlikdə çalışır. Biz həmçinin sərhədyanı ölkələrlə əməkdaşlıq edirik. Bu il Azərbaycanla Aİ arasında tərəfdaşlığın 25 ili tamam olub”.
APA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard Avropa günləri ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
O bildirib ki, tərəflər uzun müddət nəqliyyat, kommunikasiya, insanlararası münasibətlər sahəsində çalışır: "Aİ çox qürur duyur ki, ticarət sahəsində Azərbaycanın ən böyük tərəfdaşı və sərmayədardır. Biz bununla kifayətlənmirik. Münasibətlərimizi inkişaf etdirməyə davam edirik".
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə ölkəmizlə Aİ arasında əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirib: "Aİ-yə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edirik. İnanırıq ki, Aİ gələcəkdə bu istiqamətdə fəaliyyəti davam etdirəcək və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək”.
2006-cı ildə Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin imzalandığını deyən nazir müavini qeyd edib ki, artıq bunun nəticələri görünür: "Gələcəkdə də Aİ-nin enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik. İndi strateji tərəfdaşlıqla bağlı yeni sazişin başlanmasına görə danışıqlar aparır. Əminik ki, gələcəkdə Aİ öz mövqeyini müəyyənləşdirəcək və saziş haqqında danışıqların başlanmasına razılıq verəcək. Bu, əlaqələrin inkişafına təkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə