Mark Zukerberq ikinci dəfə ata olacaq




Facebook-un yaradıcısı Mark Zukerberq ikinci dəfə ata olacaq. Onun daha bir qızı dünyaya gələcək.
Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, Mark həyat yoldaşı Prisçilla Çanın ikinci dəfə hamilə olduğu xəbərini şəxsi profilində yazıb: "Prisçilla və mən sevinclə bildirmək istəyirik ki, daha bir qızımız dünyaya gələcək”.

5 ildir evli olan Prisçilla Çan və Mark Zukerberqin Maks adında 15 aylıq bir qızı var. Mark statusunda bunları yazıb: "Bu uşağın da qız olacağına ümid edirdim. Maksa bir bacıya sahib olmaqdan daha gözəl hədiyyə verə biləcəyimizi düşünə bilmirəm. Onlar bir-birlərinə sahib çıxacaqlar”.
Qeyd edək ki, Prisçilla Çan və Mark Zukerberq 19 may 2012-ci ildə evlənib. 2015-ci il dekbarın 1-də isə qızları Maks dünyaya gəlib.