Media savaş açıb
20:40 13.02.2017
Arxiv
641
Dünyada və ABŞ-da Trampa qarşı etiraz hərəkatı genişlənir
Yeni fəaliyyətə başlayan ABŞ Prezidenti Donald Trampa qarşı narazılıq artmaqdadır. Ağ Ev rəhbərinə həm ölkə daxilində, həm də xarici dövlətlərdə ciddi etirazlar edilir. Nüfuzlu CNN və ORC tədqiqat şirkəti tərəfindən aparılan rəy sorğularının nəticələrinə əsasən amerikalıların 53 faizi Trampın fəaliyyətindən narazıdır.
"Public Policy Polling” şirkətinin keçirdiyi sorğuya görə isə seçicilərin 40 faizi Trampın impiçmentini tələb edirlər. Ötən gün Meksikada da Tramp əleyhinə irimiqyaslı etiraz aksiyaları keçirilib. Meksikanın bir sıra şəhərlərində on minlərlə insan küçələrə çıxaraq ABŞ Prezidenti Donald Trampın siyasətini pisləyib. Aksiyaçılar "Yaşasın Meksika, rədd olsun Tramp” şüarlarını səsləndiriblər. Ən böyük etiraz aksiyaları Mexikoda və ölkənin ikinci böyük şəhəri Qvadalaxarada təşkil olunub. Aksiyalarda təxminən 30 min adam iştirak edib.
Məlumat üçün deyək ki, ABŞ Prezidentinə ancaq Konqresin yuxarı palatası, Senat üzvlərinin üçdə ikisinin səs verdiyi təqdirdə impiçment, yəni səlahiyyətlərin icrasından uzaqlaşdırılma elan oluna bilər. ABŞ tarixində iki prezident impiçment prosedurasından keçib. Lakin 1868-ci ildə Endrü Conson və 1998-99-cu illərdə Bill Klintonla bağlı səsvermədə impiçment tərəfdarları lazımi səsi toplaya bilməyiblər.
Trampın aqibəti ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Tofiq Abbasov deyib ki, ABŞ Prezidenti Trampın addımları, həyata keçirdiyi siyasət klassik konfiqurasiyaya uyğun gəlmir:
"O, çox fərqli siyasət yeridir, qıcıq doğuran hərəkətlər edir, sözlər söyləyir. Ona görə də Amerika cəmiyyətində, eləcə də xarici siyasət klubunda Ağ Evin yeni rəhbərinə qarşı birmənalı fikir formalaşmır. Hələlik Trampın ümumi fəaliyyətini uğurlu və uğursuz saymaq doğru olmaz. Çünki hələ çox tezdir. ABŞ-da istənilən prezidentin fəaliyyətinin 100-cü günündən sonra təsnifat ortaya çıxır, rəylər formalaşır”.
Ekspert vurğulayıb ki, siyasi rəqibləri hələ də Trampın qələbəsini həzm edə bilmirlər:
"Demokratlar və neo-liberallar seçkidəki məğlubiyyətləri ilə barışmaq istəmirlər. Bəlkə də hesab edirlər ki, Trampa qarşı etirazları yüksəldərək onu hakimiyyətdən uzaqlaşdırmaq mümkündür. Bu məqsədlə özlərinə yaxın media qurumlarını da hərəkətə keçiriblər. Yerli saytlar yazırlar ki, "ABŞ digər dövlətlərdə "rəngli inqilablar” mərhələsinə yaşıl işıq yandırıb. Bir çox ölkələrin sabitliyini pozub. İndi həmin proses Amerikaya doğru yol alıb”. Ölkə mediası açıq şəkildə bəyan edir ki, artıq ABŞ-da da "Meydan Hərəkatı” genişlənir. Əlbəttə, Trampa qarşı narazılıq özünü büruzə verir. Bunu istisna etmək olmaz. Təkcə Hillari Klinton yox, Demokratların nümayəndəsi Berni Sanders də Trampa qarşı fikirlər səsləndirir. Ancaq nəzərə almaq lazımdır ki, Trampın komandası hələ tam formalaşmayıb. Yəni proseslər dəyişə də bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil