Mehdiabad qəsəbəsində xadimə 7-ci mərtəbədən yıxıldı





Abşeronda xadimə 7-ci mərtəbədən yıxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dekabrın 14-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən 11 mərtəbəli binada xadimə işləyən Tovuz rayon sakini Zəminə Ələkbərova iş görərkən 7-ci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.