Mehriban Əliyevaya təbriklər gəlməkdə davam edir
17:35 04.03.2017
Arxiv
494
Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, diplomatik korpus təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.
APA-nın məlumatına görə, Türkiyənin baş naziri Binəli Yıldırım, Tatarıstan prezidenti Rüstəm Minnixanov və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Təbrik edən dövlət rəsmilərinin arasında Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Jilkin Aleksandr, Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri Panov Daniel, Macarıstanın Baş nazirinin xanımı Aniko Levainin adları da var.
Rusiyanın bir çox tanınmış ictimai-siyasi xadimləri Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər. Onların sırasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov, Dövlətlətarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina və TASS Agentliyinin baş direktoru Sergey Mixaylovun adları var.
Mehriban Əliyevanı təbrik edənlər arasında dünyanın tanınmış, nüfuzlu siyasətçilərinin adları da yer alır. Fransa Milli Assambleyasının üzvü, Azərbaycan Dostları Assosiyasiyasının Prezidenti Jan-Fransua Mansel, Müqəddəs Kiril və Metodi Veliko Tırnovo Universitetinin rektoru Xristo Bondjolov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Jandos Asanov, Qərbi Avstraliya Parlamentinin deputatı Liz Behjat, İsrail dövlətinin Əmək Partiyasının sədri, müxalifət lideri İsaak Hersoq, Böyük Britaniyadan Beynəlxalq Ticarət Sərgisinin Regional direktoru Edvard Straçan və BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Azərbaycanın bir çox dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri - Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Yazıçılar Birliyinin sədri Anar, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Təbriklər sırasında Azərbaycandakı xarici ölkələrin səfirliklərinin, diplomatik korpus rəhbərlərinin adları da yer alır. Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycandakı Avropa İqtisadiyyat Palatasının prezidenti Piriyev Nizami, Türkiyə Radio Televiziya Qurumunun (TRT) Baş təmsilçisi Yıldıray Arslan və Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsabayev Beybit Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən də Mehriban Əliyevanın ünvanına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbriklər gəlir. Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov da təbriklərə qoşulanlar sırasındadırlar.
Ölkəmizin tanınmış, nüfuzlu incəsənət xadimləri də - SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fidan Qasımova, Azərbaycan Respublikasının Xalq artisti Xuraman Qasımova, Xalq Artisti, M.Maqomayev adına Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Xalq artisti Alim Qasımov, Xalq artisti, "Qaya” Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayev və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya