"Məktəb rəhbərlikləri layihə hazırlayır və məktəblər əlavə xərcdən azad olur"
16:37 01.03.2018
Arxiv
1128
"Məktəblər üçün elan edilən qrant müsabiqəsi müəllimlərimiz üçün gözəl şansdır”.
Bunu "Sherg.az”a 2018-ci il üzrə elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini izah edərkən əməkdar müəllim, Azərbaycan Respublikası Təhsil İnstitutunun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət söyləyib.
O xatırladıb ki, əvvəllər "Ən yaxşı müəllim” müsabiqəsi keçirilir, həmin müəllimlərin çalışdığı məktəblərə ödəniş edilirdi:
"Qalib olan müəllimlərin özlərinə isə 5 min manat məbləğində ödəniş olunurdu. Bu müəllimlər, məktəb və məktəbin kollektivi üçün çox gözəl stimul verirdi. Sonradan bu müsabiqə dayandırıldı və yeni müsabiqə tətbiq edildi. Bu artıq müəllimlərin yeni ideyalarının formalaşdırılması, onlara bunu reallaşdırmağa imkan verən müsabiqə şəklində əksini tapdı. Bu çox təqdirəlayiq layihədir.
Hər bir fənn müəllimi sərbəst olaraq, öz ideyalarını reallaşdıra bilir. Bu müsabiqəyə qatılan müəllimlərə dövlət tərəfindən maddi dəstək olunur, nəticədə layihə reallaşdırılır. Məktəb rəhbərlikləri öz məktəbində olan boşluğu doldurmaq üçün layihə hazırlayır və ayrılan qrant sayəsində öz məktəbində bunu tətbiq edir. Bununla da məktəblər əlavə xərcdən azad olur. Beləliklə, hansısa məktəbdə mövcud olan çatışmazlıq, həmin məktəbin kollektivi, idarə heyətinin səyi ilə aradan qaldırılır.
Fənn müəllimləri özlərinin bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar. Bu yalnız şəhər məktəblərinə aid deyil. Bütün regionlarda çalışan müəllimlərin layihələrinin üzə çıxması, müsabiqədə onların uğur qazanması digərlərinə nümunə olur. Həmçinin növbəti qrant müsabiqələrində əvvəl qalib layihənin müəllifləri ilə əlaqə saxlayırlar. Onların təcrübələri, ideyaları öyrənilir, qrant layihələri bu şəkildə təkmilləşdirilir. Beləliklə, qarşılıqlı əməkdaşlığın yaranmasına böyük köməklik olur.
Əvvəlki müsabiqələrdə elə gözəl layihələr var idi ki, onlar Azərbaycan təhsilində dirçəlişə gətirib çıxarmışdı. Bu layihələr nəticəsində köhnə stereotiplərdə silkələnmə oldu, yeni bacarıqlar, imkanlar meydana gəldi”.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və müvafiq təhsil ocaqlarında çalışan pedaqoji işçilər qatıla bilər. 9 mövzu üzrə təşkil olunan müsabiqədə iştirak etmək üçün www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədlər sistemə yüklənməlidir. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Hər iki kateqoriya üzrə layihələrin icra müddəti 3-12 aydır. Fevralın 14-dən martın 5-dək qəbul edilən layihələrin icrasına aprelin 15-dən başlanacaq. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət