"Məktəbəqədər hazırlıq kursları ödənişsiz olacaq" - Təhsil naziri
11:17 14.07.2016
Arxiv
468
"Azərbaycanın orta məktəblərində məktəbəhazırlıq qruplarının təşkili nəticəsində uşaqların dünya görüşü dəyişəcək".
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, buna marağın yüksək olması gözlənilir. Bu qruplara qəbulun tamamilə könüllü olduğunu deyən M.Cabbarov vurğulayıb ki, istənilən valideyn övladının məktəbəqədər hazırlığa cəlb olunmasına qərar verə bilər: "Bunun üçün hər bir şərait yaradılacaq. Məktəbəqədər təhsil ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsidir. "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəqədər təhsillə bağlı hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olması qeyd edilir və məqsəd kimi qarşıya qoyulur ki, məktəbəqədər təhsillə əhatə ölkə üzrə 90 faizə çatdırılsın. Hazırda bu göstərici 20 faizdən aşağıdır”.
M.Cabbarovs qeyd edib ki, Təhsil Nazirliyi iki il əvvəl pullu məktəbəqədər hazırlıq kurslarını yaratmağa başlayıb. Onun sözlərinə görə, kursların pullu olmasının səbəbi dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün Təhsil Nazirliyinə hər hansı vəsaitin ayrılmaması olub: "Çünki uşaq bağçaları yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Bu layihə iki il ərzində uğurla icra olunub və minlərlə uşaq bu kurslara cəlb edilib. Bu, həmin uşağın gələcək təhsil göstəricilərinə birbaşa təsir göstərir. Belə bir vəziyyəti müşahidə edərək Təhsil Nazirliyi və Maliyyə Nazirliyi Nazirlər Kabinetiqarşısında vəsatət qaldırdı ki, praktika bütün ölkə üzrə tədbiq edilsin. Bu, gələcəkdə ödənişli əsaslarla olmayacaq, dövlət büdcəsi hesabına hər bir vətəndaş üçün belə imkan yaradacaq. Maddi-texniki bazası imkan verən məktəblərdə məktəbə hazırlıq kursları təşkil ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm