"Mən yaşadığım müddətdə Türkiyə AB üzvü olmayacaq"




İngiltərə Baş naziri Kamerondan sonra maliyyə naziri Osborne də AB əleyhdarlarını yatırmaq üçün Türkiyənin AB-yə üzv olmayacağını söyləyib.

İngiltərə maliyyə naziri Corc Osborne, Avropa Birliyindən (AB) ayrılmağı tələb edən və Türkiyənin AB üzvü olmasıyla köçün artacağını müdafiə edənlərin tezislərini rədd edərək, Türkiyənin AB-yə alınmayacağını söyləyib.

Osborne, qatıldığı BBC televiziyası proqramında, "mən yaşadığım müddətcə Türkiyə AB üzvü olmayacaq" deyib. Britanyanın AB-dən ayrılmasını istəyənlər, Türkiyənin Birliyə alınmasının immiqrant sayının daha da artmasına gətirib çıxaracağını qarşıya qoyur və AB üzvlüyünün davam etdirilməsini arzulayan Baş nazir David Kameron və maliyyə naziri Corc Osborneni immiqrant axınının nəzarətdən çıxmasını önləyə bilməməkdə ittiham edirlər.