Meral və Sarıgül: Partiya yaradırlar




Ankara kulisləri bu iddia ilə çalxalanır. MHP-nin başqanlığına namizədlərdən Meral Akşenerin CHP-li Mustafa Sarıgül və ANAP-ın  keçmiş rəhbərlərindən Erkan Şamçı ilə partiya qurma hazırlığında olduğu iddiası irəli sürüldü.

"Aydınlıq" qəzetinin yazarı Sabahattin Önkibar, bu günkü yazısında, "Müxalif qanadın məşhur adı Meral Akşener isə yeni partiya hazırlığındadır. Akşener yalnız MHP-ni götürüb aparmayacaq, eyni zamanda mərkəzə yelkən açacaq" dedi.