Məşhur aktyorla aktrisa evləndi:“Kaş, səni uşaqkən tanıyaydım...”

Türkiyəli məşhur aktyor Barkay Hardal 2019-cu il həmkarı Dilan Telkök ilə nikah masası arxasına keçiblər. “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir ki, tərəflərin o vaxt pandemiya səbəbindən təxirə salınan toy mərasimi bu günlərdə keçirilib. Mərasim zamanı çəkilən fotoları sosial media hesabında paylaşan Hardal yoldaşına “Kaş, səni uşaqkən tanıyaydım, səninlə uşaq ola biləydim...” sözləri ilə müraciət edib.