Mətbuat Şurası hesabat hazırlayacaq
14:50 05.12.2013
Arxiv
1607
Hesabat qurumun 2013-cü ildə gördüyü işlərə dairdir
Dekabrın 4-də Salyan rayonunun Qaraçala qəsəbəsində Mətbuat Şurası İdarə Heyətinin səyyar iclası keçirilib.
Şuradan verilən məlumata görə, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin yerli ofisində baş tutan iclasda iki məsələyə baxılıb.
İclasda çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, il başa çatmaqdadır və buna görə də Şura 2013-cü ildə gördüyü işlər barədə hesabat hazırlayıb cəmiyyətə təqdim etməli və eyni zamanda 2014-cü ilin iş planı da hazırlanmalıdır.
MŞ İdarə Heyətinin üzvləri çıxışlarında cari ildə görülmüş işlərə nəzər salıblar və hesabatın müxtəlif detallarını müəyyənləşdirilməsi üçün təkliflərini səsləndiriblər. Qərara alınıb ki, Şuranın Katibliyi bununla bağlı müvafiq işləri həyata keçirsin. Hesabatın və 2014-cü il üçün iş planının İdarə Heyətinin dekabrın sonlarında keçiriləcək iclasında müzakirəyə çıxarılması məqsədəmüvafiq sayılıb.
İclasda həmçinin Şuranın Şikayətlər üzrə Komissiyasının 28 noyabr 2013-cü il tarixli iclasında qəbul olunmuş rəyləri əsasında qərarlar çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya