“Metsamor” bölgə üçün ən böyük təhlükədir
20:23 16.05.2016
Arxiv
590
Beynəlxalq ekspertlər də stansiyanın fəaliyyətini dayandırmasını tələb edirlər
Böyük Britaniyanın Energetika İqtisadiyyatı İnstitutunun üzvü Uilyam Arturs və Transatlantik və Qafqaz Araşdırmaları İnstitutunun direktoru Ziba Norman "Metsamor” AES-in regiona təhlükə törətdiyini və tarixi anomaliya olduğunu bəyan ediblər.
Stansiyanın seysmik qırılma xəttində yerləşdiyini vurğulayan beynəlxalq ekspertlər bildiriblər ki, "Metsamor” AES-in həmin ərazidə tikilməsi çox yanlış qərardır: "Həmin stansiya Fukusimadakı AES kimi intensiv seysmik aktivlik zonasında yerləşib. Bu zonanın təhlükəli olduğunu 1988-ci ildə baş vermiş 6,8 gücündə zəlzələ göstərdi. Həmin zəlzələnin episentri "Metsamor”dan cəmi 100 kilometr aralıda olub”. Ekspertlərin sözlərinə görə, Çernobılda olduğu kimi "Metsamor”da qəza baş verərsə, radioaktiv materiallar ölkənin sərhədlərindən kənarlara yayılacaq: "Bu məsələdə beynəlxalq ictimaiyyətin maraqları risk altındadır. Ermənistanın sahəsi kiçikdir və AES-də qəza baş verərsə, bu ölkə yaşayış üçün yararsız ola bilər”.
"AES-in ləğv edilməsi ən düzgün addım olardı”
Türkiyənin Avropa Birliyi üzrə tanınmış eksperti, İstanbuldakı Sabancı Universitetinin Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru Cengiz Aktar da deyib ki, "Metsamor” AES Türkiyə, Gürcüstan və Azərbaycan üçün ən ciddi təhlükədir. SSRİ dövründə inşa edilmiş "Metsamor” Atom Elektrik Stansiyasının bərpasına nə Rusiyanın, nə də Ermənistanın maddi gücü var. "Metsamor” stansiyasında istifadə edilən texnologiya tamamilə tullantı vəziyyətinə düşdüyünə görə, onun indiki vəziyyəti Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycana təhdiddən başqa bir şey deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin olmaması da "Metsamor” stansiyasını Türkiyəyə qarşı əlavə bir təhdid aləti halına gətirir. Mövcud vəziyyəti nəzərə alaraq, "Metsamor” AES-in ləğv edilməsi ən düzgün addımdır”.
Rusiyalı ekspert: "Metsamor” AES-in reaktorunu dəyişmək lazımdır
Hələ də Ermənistanda fəaliyyət göstərən "Metsamor” AES-in indiki vəziyyətini nəzərə alaraq, onunla bağlı nə isə etmək lazımdır.
Bunu Trend-ə politoloq, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Vladimir Yevseyev deyib.
Onun sözlərinə görə, tamamilə təhlükəsiz olan yeni növ qiqavat reaktoruna dəyişdirilmə ideal variant ola bilər: "Metsamor” AESn əvvəlcə hər biri 400 meqavat olan iki reaktordan ibarət idi, onlardan biri istismardan çıxarıldı, bundan sorna Rusiya 1 qiqavat elektrik enerjisi hasil edə bilən yeni stansiya tikməyi təklif etdi”.
V.Yevseyev qeyd edib ki, problem Ermənistanda bu elektrik enerjisini istehlak edənlərin olmamasından ibarətdir.
"Metsamor” AES-in tullantıları Kür və Araza axıdılır”
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İslam Mustafayev bildirib ki, "Metsamor” AES-in nüvə tullantılarının Kür və Araz çaylarına axıdılması ehtimalı var. Bu stansiyanın 4 ölkənin sərhədinin kəsişməsində yerləşdiyini deyən İ.Mustafayev deyib ki, "Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən isə 16 km aralıda yerləşir: "Orada yarana biləcək təhlükə bu ölkələrin hər birinə təsir göstərəcək. Amma Azərbaycana daha çox təsir göstərəcək. Çünki Ermənistan ərazisi bütövlükdə Kür-Araz hövzəsinə aiddir. Orada atılan, axıdılan istənilən tullantı bir neçə müddətdən sonra bizim çaylarla axaraq Xəzərə gəlir. Bu, daha çox təhlükəlidir. Bu səbəblərdən təhlükənin qarşısı alınmalı və bu barədə daha geniş formada iş aparmaq üçün ictimai hərəkat formalaşdırılmalıdır”.
"Metsamor” AES-in istifadə müddətinin artıq bitdiyini deyən mütəxəssis vurğulayıb ki, bu il ərzində MAQATE onun istismar müddətinin artırılması məsələsinə baxmalıdır. İ.Mustafayev hesab edir ki, buna görə də bu stansiyanın fəaliyyətinin dayandırılması üçün ictimai rəy yaradılmalıdır.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə