
MHP çalxalanır
20:29 13.07.2016
Arxiv
519
Meral Akşener və CXP-li Mustafa Sarıgül partiya yaratma hazırlığındadırBaxçalı AKP ilə koalisiyaya razı olsaydı, indiki problemlərlə üzləşməzdi

Türkiyənin əsas müxalifət təşkilatlarından olan Milliyətçi Hərəkat Partiyasında daxili müxalifət şiddətlənir. Ankara kulislərində yayılan iddialara görə, MHP-nin başqanlığına əsas namizədlərdən olan Meral Akşener CXP-li Mustafa Sarıgül və ANAP-ın keçmiş rəhbərlərindən Erkan Şamçı ilə partiya yaratma hazırlığındadır.
"Aydınlıq” qəzetinin yazarı Sabahattin Önkibar iddia edib ki, müxalif qanadın populyar ismi sayılan Akşener sadəcə MHP-nin gövdəsini alıb götürməyəcək, eyni zamanda Mərkəzə yelkən açacaq. Mustafa Sarıgüldən Erkan Mumcuya qədər tanınmış şəxslərin yeni partiyada yer alacağını iddia edən Önkibar AKP-li Bülent Arınç və Hüseyin Çelik kimi siyasilərə qapıların bağlı olduğunu deyib. Həmçinin, yazar bildirib ki, Akşener yeni partiyaya "Fethullahçı” damğası vurulmaması üçün "paralel yapı”nın başında duran Fətullah Güləni sərt tənqid edəcək. M.Akşenerin gələcək seçkilərdə yüzdə 30 səs almaq niyyətində olduğu vurğulanıb. MHP daxilindəki qarşıdurmanı "Şərq”ə şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında millətçi cameədə ciddi çalxalanma yaşandığını deyib: "Uzun illər MHP sədri Dövlət Baxçalı partiyanı nizamla idarə etməyi bacardı. Hətta bir sıra uğurlar da qazandı, partiyanı Məclisə daxil etdi, müəyyən müddət koalisiya hökumətində təmsil olundu. Ancaq keçən ilin sonunda Baxçalı strateji səhvə yol verdi. O zamankı seçkilərdə hakim AKP kifayət qədər səs toplamadı və koalisiya hökuməti qurmaq üçün ortaq partiya axtarışına çıxdı. Əgər Baxçalı AKP ilə koalisiyaya razı olsaydı, indiki problemlərlə üzləşməzdi, millət vəkillərinin sayı 40-a düşməzdi”. Politoloq bildirib ki, MHP sədrinin inadkarlığından sonra partiya daxilində diskusiyalara start verdilər və sədri əvəz etmək barədə düşünməyə başladılar: "Problem ondadır ki, Dövlət Baxçalı öz istəyi ilə sədrlikdən getmir. Deməli, partiya daxilində müxalifət və qarşıdurma yaradan məhz Baxçalının özüdür. Hadisələrin gedişi MHP-ni parçalaya bilər. Vaxtı ilə partiyadan böyük bir qrup ayrılaraq Muhsin Yazıcıoğlunun rəhbərliyi ilə Böyük Birlik Partiyası yaratdılar. Lakin Yazıcıoğlunun faciəli ölümündən sonra təşkilat sıradan çıxdı. İndi adı çəkilən üç nəfərin birlikdə partiya yaradacağı da şübhəli məsələdir. Hətta onlar birlikdə yeni təşkilat yaratsalar belə, bu qurumun uğur qazanacağı inandırıcı deyil. Çoxları AKP-ni misal gətirir ki, onlar Səadət Partiyasından ayrıldılar və böyük reytinqlə təkbaşına hakimiyyətə yiyələndilər. Hamı AKP ola bilməz. Məncə, MHP başqanlığı uğrunda daxildə mübarizə aparmaq lazımdır. Meral Akşener əsl milliyətçidir, Mustafa Sarıgül isə solçulardan ayrılan siyasətçidir. Onların siyasi görüşləri çox fərqlidir. Onu da unutmayaq ki, Meral Akşener tək namizəd deyil, ondan başqa Sinan Oğan və Ümit Özdağ kimi iki güclü namizəd də var. İnanmıram ki, onların hər ikisi Akşenerin ayrıca partiya yaratmaq niyyətini dəstəkləsinlər. Gələcəkdə bu isimlər
partiyadan ayrıla bilər. Amma kənarda ayrıca təşkilat yaratmaq fikirlərinin olduğunu zənn etmirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm