Millət vəkilinin yaxın qohumu qəzada öldü - YENİLƏNİB




Dünən Sumqayıtda baş verən yol qəzasında həlak olanlardan biri Milli Məclisin deputatı Musa Qasımlının yaxın qohumu imiş

"Sherg.az"ın BakuPost.az-a istinadən xəbərinə görə, millət vəkili, professor Musa Qasımlının ailəsinə ağır itki üz verib.
Deputatın bacısı qızı Xalidə Rzayeva faciəli şəkildə vəfat edib. Onu yaşadığı Sumqayıt şəhərində avtomobil vurub.
Allah rəhmət eləsin!
***
9 oktyabr
13:53
Sumqayıtda avtomobilin vurub öldürdüyü şəxslərin kimliyi müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
*****
10:35
Sumqayıtda avtomobil 2 nəfəri vurub öldürüb. Lent.az xəbər verir ki, hadisə dünən saat 20 radələrində şəhərin Çerkassi küçəsində baş verib. "Mercedes" markalı, 99 CT 139 dövlət nömrə nişanlı avtomobil yolu keçməyə çalışan orta yaşlı iki nəfəri vurub. Hər iki şəxs aldığı xəsarətlərdən vəfat edib.
Bildirilir ki, hadisə yolun qaranlıq hissəsində baş verib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.