Milli Məclisə ayrılan vəsait artırıldı





Gələn il mədəniyyət işçilərinin sosial şəraitinin yaxşılaşdırlması məqsədi ilə büdcədən mədəniyyət sahəsinə 3 milyon manat vəsait ayrılıb.

Sherg.az-ın məlumatına görə bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında deyib. 

Nazir bildirib ki, 2017-ci ilin büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndridiyi təkliflərin bir çoxu nəzərə alınıb. Onun sözlərinə görə mədəniyyət sahəsinə büdcənin 3 milyon manat həcmində artırlması, Milli Məclisin büdcəsinə əlavə 850 min manat ayrılması hökumət tərəfindən qəbul edilib və büdcəyə dəyişiklik edilib.

Anar