Milli Məclisin iclası başladı





Milli Məclisinin növbəti plenar iclası başlayıb. Sherg.az- xəbər verir ki, iclasın gündəliyində 27-ə məsələ var. Toplantıda "2017-ci ilin dövlət büdcəsi”, "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, 

"Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, İnzibati Xətalar, Torpaq məcəllələrinə, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, "Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişikliklər layihələrinin müzakirəsi, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyasından ibarət siyahıya Vergilər, Cinayət, Mülki Prosessual məcəllələrinə, "Büdcə sistemi haqqında”, "Nağdsız hesablamalar haqqında”, "Dövlət rüsumu haqqında” və "İcra haqqında” qanunlara müxtəlif dəyişikliklər layihələri əlavə edilib.

Gündəlikdə yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında” qanun layihəsi də var.

Anar