"Minsk Qrupu düşmənin “əlinə oynayır” - ŞƏRH
Banuçiçək Kalbalıyeva
12:28 16.07.2021
Arxiv
493
"İrəvan isə tədricən ümidlənir"
"Azərbaycan isə qətiyyətli olmalıdır. Biz öz ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına icazə verə bilmərik”
"Proseslər belə davam etsə, Azərbaycan növbəti mərhələdə Qərbi Zəngəzura ərazi iddiasını ortaya qoyacaq”
Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışı zamanı bir çox mühüm məqamlara toxunub. O, bilirib ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumata görə, Ermənistan buna hazır deyil.
“Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. – deyə, dövlət başçısı əlavə edib.
Millət vəkili, MCP sədri Razi Nurullayev “Sherg.az”a açıqlamasında düşmənin hələlik buna hazır olmadığını bildirdi: “Proseslər göstərir ki, Ermənistan yekun sülh müqaviləsini imzalamaqda könüllü deyil. Çünki bizim üçün ölü quruma çevrilən Minsk Qrupu düşmənin “əlinə oynayır”. İrəvan isə tədricən ümidlənir. Görünür, həmsədrlər problemin mövcud reallıqlara uyğun həllində maraqlı deyillər. Azərbaycan isə qətiyyətli olmalıdır. Biz öz ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına icazə verə bilmərik”.
R.Nurullayev, həmçinin çıxış yolunu da göstərdi:
“Rəsmi Bakı bütün lazımi addımları atır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması olduqca təqdirəlayiqdir. Deməli, Qərbi Zəngəzur da var. Biz Qərbə, düşmənə mesaj veririk ki, Ermənistan yekun sülh müqaviləsini imzalayıb ərazi bütövlüyümüzü tanımasa, Qərbi Zəngəzur məsələsini gündəmə gətirəcəyik. Onlar bizim ərazi bütövlüyümüzü tanımırsa, biz də onlarınkını tanımayacağıq. Hərçənd ora da bizim tarixi torpaqlarımızdır. Fikrimcə, proseslər belə davam etsə, Azərbaycan növbəti mərhələdə Qərbi Zəngəzura ərazi iddiasını ortaya qoyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm