Minsk Qrupunun bəhanəsi qalmayacaq
21:26 31.10.2017
Arxiv
815
Sülh istəyən erməniləri tapıb dialoqu genişləndirmək lazımdır
Ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın birinci qurultayı keçirilib. Qurultayda Platformanın Nizamnaməsi təsdiq olunub. Nizamnaməyə uyğun olaraq üzvlərin sayı və təmsilçilik prinsipi müəyyənləşib.
Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib. Platforma Tbilisi, İrəvan və Bakıda ofislərinin açılması, Ermənistan və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərarlar qəbul edib. İştirakçılar prezidentlərə, həmsədrlərə, Roma Papasına, ermənilərin katolikosu II Qareginə və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət ediblər. Müraciət mətnlərində Platformaya dəstək verilməsi xahiş olunub. Bununla yanaşı, Sülh Platforması Minsk Qrupunun tərkibində məşvərətçi statusda təmsil olunmaq istədiyini bəyan edib. Qurultay iştirakçıları bildiriblər ki, Ermənistan və Azərbaycan QHT-lərinin, vətəndaş cəmiyyətinin bir-biri ilə əməkdaşlığı lazımi səviyyədə deyil. Buna görə də Platforma yenidən təşkilatlanaraq çox mühüm və eyni zamanda çətin bir missiyanı - sülh quruculuğunu öz üzərinə götürməyi qərara alıb. Xatırladaq ki, ölkə cəmiyyətdə Sülh Platformasına münasibət birmənalı deyil. Qruplaşmanın əhəmiyyətli işlər görə biləcəyini iddia edənlərlə yanaşı, fəaliyyətini mənasız sayanlar da var.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sülh Platformasının təşəbbüsünü və ideyalarını müsbət dəyərləndirib. Ekspertin fikrincə, ermənilər əvvəl-axır işğala son qoymalı və Azərbaycanla barışığın yollarını axtarmalıdır:
"Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə razılaşmayacaq. Gec-tez ərazilərimizi düşməndən azad edəcəyik. Erməni cəmiyyətində bunu anlayanlar, ölkəmizlə dialoqun tərəfdarı olanlar var. Məhz o düşüncədə olan erməniləri tapıb dialoqu genişləndirmək lazımdır. Çox güman ki, Dağlıq Qarabağda da elə düşünən ermənilər yaşayır. Dağlıq Qarabağ işğaldan azad olunandan sonra əvvəllər olduğu kimi ermənilər və azərbaycanlılar birgə yaşamalıdır. Sülh şəraitində yaşamağın formullarını indidən tapmaq lazımdır. Ona görə də Platformanın səylərini dəstəkləyirəm”.
Analitik deyib ki, biz sadəcə cəbhə bölgəsində öz mövqeyimizi ortaya qoymuruq. Həm də sülhpərvər ermənilərlə dialoq qurmaqda, danışıqları genişləndirməkdə maraqlı olduğumuzu göstəririk:
"Ermənistanda və Dağlıq Qarabağda mövcud reallığı dərk edən, lakin həqiqətləri açıq dilə gətirməkdən qorxan insanlar var. Onları ürəkləndirmək Platformanın əsas vəzifəsi olmalıdır. Minsk Qrupunda məşvərətçi statusu da yaxşı ideyadır. Həmsədrlər hər zaman təkidlə deyirlər ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dialoq qurulmalıdır. Alın, bu da sizə dialoq qurmaq üçün platforma. Belə halda Minsk Qrupunun bəhanəsi qalmayacaq”.
Siyasi şərhçi bildirib ki, Ermənistan hökuməti Sülh Platformasında iştirak edən erməniləri "satqın” elan edəcək. Ancaq bunun mənası yoxdur:
"Tək Ermənistanda deyil, Avropa ölkələrində Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə tərəfdar olan, Sarkisyan rejimindən narazı qalan xeyli sayda erməni yaşayır. Onlarla ünsiyyət qurmaq, Platformaya cəlb etmək, əməkdaşlığı genişləndirmək lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə