Misirdə inanılmaz kəşf: 3500 illik məzar tapıldı

Misirdə fironların dövründən qalan içi mumiyayla dolu bir məzar tapılıb. Məzarın 3500 yaşında, içindəki cəsədin kral ailəsinin zərgəri və onun arvadına aid mumiya olduğu ifadə olunur.
"Milliyyət" xəbər verir ki, arxeoloqlar məzarı Misirin Luxor şəhərində, Nil çayı yaxınlığında kəşf ediblər.
Antikvar Əsərlər naziri Xalid əl-Ananı məzarların çox yaxşı vəziyyətdə olmadığını, ancaq məzarda zərgər və arvadını təyin edən bir mask tapdıqlarını söyləyib.
Mumiyalarla birlikdə o dövrə aid əşyalar da aşkarlanıb. Qazıntı işlərinin davam edir.