Messinin vida matçının biletləri 4 dəqiqəyə satıldı

Argentina millisinin Lionel Messi ilə vida matçına bütün biletlər cəmi 4 dəqiqə ərzində satılıb.

Teleqraf "TNT Sports"a istinadla xəbər verir ki, Argentina yığması oktyabrın 6-da Buenos-Ayresdəki “El Monumental” stadionunda Beninlə qarşılaşacaq.

85 min azarkeş tutumuna malik arenada keçiriləcək oyuna böyük tələbat olub.

Qeyd edək ki, Messi 2005-ci ildə Argentina millisində debüt edib. 39 yaşlı futbolçu yığmada keçirdiyi 207 oyunda 125 qol vurub və 68 məhsuldar ötürmə edib. Hücumçu avqustun sonunda beynəlxalq karyerasını başa vurmaq qərarını açıqlayıb.