Mitinqdə yenə eyni miskin simalar görünəcək - Sosial bazası olmayan Milli Şura növbəti dəfə biabır olacaq
12:30 16.01.2019
Arxiv
422
Özünü demokratik qüvvələrin Milli Şurası adlandıran qurum yenidən mitinq keçirmək qərarına gəlib. Yanvarın 19-da radikal müxalifət növbəti dəfə 50-100 adamla toplaşacaq.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirilməsi ilə bağlı müraciətinə cavab verib. Meriyanın mətbuat xidmətindən verilən məlumata görə, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla yanvarın 19-da 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinqin keçirilməsinə razılıq verib. Toplantı təşkilatçılarından xahiş olunub ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.
Hakimiyyət mitinqə icazə verməklə ilk növbədə söz azadlığına, plüralizmə dözümlü olduğunu nümayiş etdirir. Faktiki olaraq paytaxtın mərkəzində müxalif qüvvələrin fikirlərini səsləndirməsi üçün şərait yaradılır, geniş ərazi aksiya iştirakçılarının ixtiyarına verilir. Necə ki bundan əvvəl də, Milli Şuranın mitinq müraciətlərinə müsbət cavab verilib. Amma radikal müxalifət bundan necə istifadə edir, geniş ərazidən hansı formada istifadə edir, və yaxud da istifadə edə bilirmi? Əlbəttə ki xeyir. Çünki, bir mitinqə 100-150 nəfər, ondan sonrakına 50-100 nəfər qatılır. Hər mitinqdə Milli Şuranın sosial bazası, əgər o da varsa təbii ki, zəifləyir. Aksiya iştirakçılarının da əksəriyyəti eyni simalardır. Hakimiyyət 19 yanvar mitinqinə də sanki qəsdlə icazə verdi – ona rəqib sayılacaq qüvvənin nə qədər gücsüz, miskin durumda olduğunu bir daha göstərmək üçün. 19 yanvarda bir daha görünəcək ki, "demokratik qüvvələr”in tərəfdarı yoxdur. Və 19 yanvarda o "qüvvələr” bir daha biabır olacaqlar.
Məsələ burasındadır ki, həmin bu adını mitinq qoyub, əslində piket keçirən bu radikal müxaliflərin başında dayanan "siyasi meyit”lər ya anlamaq istəmirlər, ya da anlamırlar ki, ölkədə onların dəstəkçilərinin sayı barmaq sayı qədərdir. Vətəndaşlar hazırkı hakimiyyətin siyasətini dəstəkləyir, miskin durumda olan radikal müxalifətin yox. Xalqın gözü tərəzidir – xalq görür ki, hazırkı hakimiyyət sosial siyasətə daim önəm verir, insanların sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində daimi addım atır, ölkə iqtisadiyyatı inkişaf edir, Azərbaycan güclənir, beynəlxalq nüfuzu artır, sabitlik var. Bununla yanaşı daimi islahatlar həyata keçirilir, büdcə vəsaitləri hər il artırılır. Bunu dərk edən, Azərbaycanı regionun liderinə çevirən bir hakimiyyəti niyə də dəstəkləməsin? Görünən odur ki, həmin o müxalif qüvvələr də bunu görürlər, bilirlər. Amma bu cür biabırçı tədbirlər keçirməklə, var olduqlarını, müxalif qüvvə olduqlarını göstərməyə çalışırlar. Bir qədər də ötən əsrin 1990-cı illər abu-havasında ilişib qalan bu "qüvvələr” dərk etmirlər ki, (bunu çox güman ki doğrudan anlamırlar) Azərbaycan həmin illərin ölkəsi deyil. Azərbaycanın indiki hakimiyyəti humanist, vətəndaşın yanında dayanan, vətəndaşın sosial-iqtisadi problemlərini həll edən, insanların azad fikrinə hörmət edən, hüquqların tanındığı, hüquqların qorunduğu, insan haqlarının keşiyində dayanan bir hakimiyyətdir – azad fikri, hüquqları tapdalayan, insanları məngənədə saxlayan Sovet İmperiyası deyil. Bunu müdrik Azərbaycan xalqı özlərini demokratik qüvvə adlandıraraq mitinqlər keçirmək həvəskarlarından fərqli olaraq, görür, dərk edir. Ona görə də hesab etmək olar ki, radikalların 19 yanvarda növbəti fiaskosu baş verəcək – biabırçılıq yenə təkrarlanacaq.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm