“Möcüzə körpə”

İndiyə qədər ona 55 min dollara yaxın pul yığılıb
2014-cü ilin avqust ayında ABŞ-da dünyaya gələn Jaxon Emmett Buell adlı körpə artıq 1 yaşındadır.
Onun "möcüzə körpə” olaraq tanınmasının səbəbi isə ABŞ-da yeni doğulan təxminən 4,859 nəfərdən birində görünən "Mikrohidrasefali”” xəstəliyidir. Buna baxmayaraq körpə həyatdan möhkəm yapışıb. Belə ki, bu narahatlıqla doğulan körpələrin çox böyük bir qisimi dünyaya gəldikdən qısa bir müddət sonra həyatını itirir. Balaca Jaxonun dərdi kəllə və beyninin böyük bir hissəsinin olmamasıdır. Jaxonun internetdə də çox adam tanıyır. Virtual aləmdə "Jax Strong” (Güclü Jax) ləqəbiylə tanınan Buellin valideynləri onun adına davamlı olaraq paylaşmalar edir. Dünyanın bir çox yerindən dəstək mesajları alan ailə vəziyyətdən olduqca məmnundur. Körpənin xərcləri üçün GoFundMe üzərindən yaradılan bir hədiyyə səhifəsinə isə bu ana qədər 55 min dollara yaxın bir hədiyyə yığılıb. Özlərini "yaxşı bir katolik” olaraq tanıdan Jaxtonun ailəsi həkimlərin tövsiyəsinə baxmayaraq abort etdirmədiklərini və bu qərardan peşman olmadıqlarını söyləyir.