MTRŞ: Analoq yayımının dayandırılması ilə elektrik şəbəkəsinin yükü azalacaq
09:58 10.12.2016
Arxiv
513
"Günün sonunda ölkənin 32 bölgəsində analoq TV yayım vericiləri söndürüləcək”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.
O bildirib ki, Ağsu rayonu ərazisində yerləşən "Gülüstan” Radio Televiziya Yayım Stansiyasında ən güclü analoq TV yayım stansiyaları işləyir: "Onların çoxunun pik gücü 10 kilovatdır. Halbuki Bakı teleqülləsində istismarda olan analoq TV yayım vericilərinin gücü 5 kilovat olub. Bundan başqa, Gəncə şəhərində, Ağstafa rayonunun Poylu Radio Televiziya Yayım Stansiyasında olan analoq TV yayım stansiyaları fəaliyyət göstərir ki, onlar da söndürüləcək”.
İ. Məmmədov qeyd edib ki, rayonlarda analoq yayımının dayandırılması ilə ölkənin elektrik şəbəkəsindən əhəmiyyətli dərəcədə yük azalacaq.
Qeyd edək ki, bu gün Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılacaq. Bu gündən dekabrın 10-dan bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir. Analoq yayımın III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq
20:06 08.10.2026
Region
Trampdan "Maykrosoft"a inanılmaz qadağa...
19:57 08.10.2026
Texnologiya
Portuqaliya Amerikadan F-35 qırıcıları ala bilər
19:48 08.10.2026
Dünya
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm