Mübariz Tağıyev: “Səbinənin hərəkəti bağışlana bilməz”




"Bu müğənniləri anlaya bilmirəm. Bu insanların ya ağılı çaşıb ya da nəzarətsizdirlər”.
Bunu AzNews.az-a açıqlamasında "Yeni ulduz” müsabiqəsinin münsiflər heyətinin üzvü, xalq artisti Mübariz Tağıyev deyib.
O bildirib ki, müharibə şəraitində olan Azərbaycan müğənnisinin erməni ilə bu şəkildə foto çəkdirib, yayması, digər tərəfdən isə belə bir açıqlama verməsi bağışlanan məsələ deyil: "Açığı həmin şəxs yadımda deyil. Təbii ki, bu da iştirakçıların çoxluğu ilə bağlıdır. Biz erməni ilə müharibə şəraitindəyik, belələri isə ölkədən kənarda onlarla şəkil çəkdirir. Bu insanlar kimə xidmət edir?”.
M. Tağıyev bu hərəkətin bağışlanılmaz olduğunu da söyləyib: "Balaca uşaq deyil ki, buna ona bağışlayasan?”.

Xatırladaq ki, "Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçılarından olan Səbinə Rəhimova erməni ilə çəkdirdiyi "selfie”ni sosial şəbəkədə paylaşıb və fotonun altında "Bütün qafqazlılar birlikdə” şərhini yazıb.