Müdafiə nazirinin müavini: "Ordumuzda nurçuların olması cəfəngiyyatdır"
09:45 27.07.2016
Arxiv
454
Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərən bəzi kütləvi informasiya vasitələrində yer alan yazılara cavab verib.
K. Vəliyev APA-nın bununla bağlı sorğusuna cavabında bildirib ki, bəzi kütləvi informasiya vasitələrinin ümumilikdə qardaş Türkiyədə və xüsusilə onun ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərməsi heç bir əsası olmayan cəfəng addımdır: ""Nurçular” və ya digər radikal cərəyanların Silahlı Qüvvələrimizə təsir göstərməsi istisna edilir və bunun üçün heç bir zəmin yoxdur. Bu kimi məsələlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq, eləcə də müvafiq təhlükəsizlik orqanları tərəfindən bu sahədə ehtimal olunan hər hansı cəhdin qarşısı isə dərhal və birdəfəlik alınacaq”.
K. Vəliyev bildirib ki, bu gün ordumuzda aparılan ideoloji təbliğat işləri, dövlətçilik ənənələrinin qorunması və Ali Baş Komandana sadiqlik Silahlı Qüvvələri bütün xarici və daxili radikal təsirlərdən uğurla qorumağa imkan verir: "Türkiyəli hərbi müəllimlərin və digər mütəxəssislərin Azərbaycan Silahlı Qüvvələrində çalışması məsələsinə gəlincə isə bildirirəm ki, 2000-ci illərdən Türkiyənin müəllim və təlimatçıları ordumuzda çalışmır və fəaliyyət göstərmirlər. Azərbaycandan kənarda qardaş Türkiyədə, o cümlədən digər dövlətlərdə təhsil alan hərbi qulluqçularımızla həmin ölkələrdəki hərbi attaşelik aparatlarımız, səfirliklərimiz mütəmadi əlaqə saxlayır və onların fəaliyyətləri daim nəzarətdədir. Bu səbəbdən də Azərbaycanlı kursantların Türkiyədə baş verən son hadisələrdə adlarının hallandırılmasının da heç bir əsası yoxdur”.
K. Vəliyev Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun inkişaf etdiyini bildirib: "Bu əməkdaşlığa xələl gətirmək məqsədi güdən istənilən səy və müdaxilənin qarşısı istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən qətiyyətlə alınacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət