Müəllim peşəsinə maraq artıb
12:34 18.09.2018
Arxiv
1263
Çünki iş tapmaqda mövcud olan neqativ hallar aradan qalxıb
Qəbul imtahanlarında yüksək nəticə göstərib pedaqoji ixtisası seçənlərin sayı hər zaman az olurdu. Lakin son illərdə müəllimlik peşəsinə olan maraq çoxalıb. Artıq 500-dən yuxarı bal toplayan şagirdlərin pedaqoji ixtisası seçməsinin şahidi oluruq.
Son zamanlar müəllimlərin diaqnostik qiymətləndirməsi və əmək haqlarında artımların müşahidəsi, görünür, müəllimlik peşəsinə olan marağı artırıb. Bəs, ekspertlər bu barədə nə düşünür? Pedaqoji ixtisasa olan marağın artma səbəbi maaşların artmasıdır, yoxsa burda başqa amillər rol oynayır?
Mövzu ətrafında fikirlərini "Şərq"lə bölüşən ekspertlər müəllimlik peşəsinə olan marağın artan tendensiya üzrə olduğunu təsdiqlədilər. Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, diaqnostik qiymətləndirmədən sonra müəllimlərin maaşında o qədər də ciddi artımlar yoxdur:
"Dəfələrlə demişik ki, diaqnostik qiymətləndirmədən sonrakı maaş müəllimlərin normal maaşıdır.
Yəni, bu sahədə müəyyən monipulyasiya mövcud idi və qiymətləndirmədən sonra dərs sayı artdı, beləliklə müəllimlər saatlara uyğun olaraq məvacib aldılar. Maaşda yüngül miqdarda dəyişiklik var, lakin digər tərəfdən də inflyasiya o pulu "yeyir". Hazırda o məbləğ müəllimin gündəlik tələbatını ödəyirmi? Təbii ki, ödəmir, ona görə də hesab etmirəm ki, yüksək bal yığaraq müəllimlik peşəsini seçən tələbələr maaşın artması amilinə əsaslanaraq pedaqoji ixtisası seçirlər.
Hər birimiz görürük ki, valideynlər övladlarını məktəbə göndərmir, göndərirsə də sadəcə olaraq uşağın adını yazdırırlar. Onlar uşaqlarına fərdi müəllim tutur və ya müxtəlif kurslara yazdırırlar, beləliklə həmin uşaqlar yüksək bal toplayırlar. Bu zaman müəllimlik ixtisasının prestiji artmış olur. Elə müəllim tanıyıram ki, bir qrupda 32 şagirdlə məşğul olur və orta hesabla hər şagirddən 50 manat pul alırsa, ayda 1000-15000 manat pul qazanmış olur. Bütün bunları şagirdlər görür və dərk edir. Respublikadakı müəllimlərin demək olar ki, çoxunu tanıyıram, onlar bahalı maşın sürürlər, yəni bu, onların fərdi məşğulolma nəticəsində əldə etdiyi halal pul və maşındır. Düşünürəm ki, abituriyentləri pedaqoji sahəyə yönləndirən əsas səbəb odur ki, onlar yüksək balla hüquqşünaslıqda oxuyaraq "çirkli" pullar qazanıb korrupsiya ilə məşğul olmağı yox, halal pul qazanaraq müəllim işləməyi daha yüksək hesab edirlər".
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü müəllimliyin müqəddəs bir peşə olduğunu bildirdi. Onun sözlərinə görə, əvvəllər bu ixtisasa aşağı balla qəbul olunurdusa, getdikcə 400, hətta 500-dən yuxarı balla müəllimlik ixtisasını seçənlər olur:
"Çox sevindirici haldır ki, bu tendensiya hər il artır. Son dövrlərdə həqiqətən müəllimlik peşəsinə maraq artıb. Müəllimlərin az da olsa əmək haqqının artırılması, digər tərəfdən iş tapmaqda mövcud olan neqativ halların aradan qaldırılması üçün tədbirlərin görülməsi şagirdləri bu sahəyə yönləndirdi. Məlumdur ki, müəllimlərin diaqnostik qiymətləndirməsi, sınaq imtahanları - bütün bunlar işə qəbuldakı mənfi halların aradan qalxmasına kömək oldu. Yəni ki, əlində diplomu olan müəllim rahatlıqla müsahibələrdən və sınaqlardan keçərək öz ixtisasına sahib ola bilir. Eyni zamanda müəllimlərin peşəkarlığının artırılması ilə bağlı proqramların həyata keçirilməsi, gənclərdə daimi iş yerinin olması ilə bağlı düşüncələrin olması da pedaqoji ixtisasa marağı artırdı".
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət