"Xaricdə yeni açılan Azərbaycan Evlərinin nəzdində "Vikipediya" könüllü qrupları yaradılarsa, bu istiqamətdə görülən işlər böyük təkan verər".
"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üz araşdırmaçı- ekspert Elnur Eltürk bildirib.
Onun sözlərinə görə, xaricdə potensiallı ziyalılarımız,xüsusilə yaşayan və təhsil alan gənclərimiz kifayət qədərdir:
Bu, “Vikipediya”nın həm Azərbaycan, həm də xarici dil bölməsində ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, şəxsiyyətləri haqqında yeni məqalələrin yaradılmasına və redaktəsinə böyük töhfə olar".