Tural Abbaslı: “Müxalifətin uğur qazanması üçün “böyük birlikdən” daha çox böyük islahatlara ehtiyac var”
Müxalifət birləşməkdən çox parçalanmaya meyillidir
22:07 06.12.2017
Arxiv
642
Mirmahmud Mirəlioğlu: “Ortaya iradə qoymaq lazımdır”
Tural Abbaslı: “Müxalifətin uğur qazanması üçün “böyük birlikdən” daha çox böyük islahatlara ehtiyac var”
Tural Abbaslı: “Müxalifətin uğur qazanması üçün “böyük birlikdən” daha çox böyük islahatlara ehtiyac var”
Azər Rəşidoğlu: "Müxalifətin ev tapşırığı yoxdur”
Seçki ili yaxınlaşdıqca müxalifət sıralarında "birlik” çağırışları yenidən gündəmə gəlməyə başlayıb. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında yeni birliyin anonsunu verib. Sədr bildirib ki, müxalifət partiyalarının birliklər yaratması ilə bağlı bəzi planları var.
Onun sözlərinə görə, hamını bir araya gətirmək mümkün olmasa da, bu istiqamətdə müzakirələr aparılır: "Hər hansı bir birlik yaranarsa, o zaman ictimaiyyətə geniş açıqlama veriləcək”. S.Cəlaloğlunun ifadələrinə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu bunun mümkün olduğunu deyib. Lakin onun fikrincə, təklifin reallaşması üçün ortaya iradə qoymaq lazımdır. AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, bu mövzu Azərbaycan siyasi gündəminə demək olar hər seçki öncəsi gəlir, ya da bilərəkdən gətirilir. T.Abbaslı hesab edir ki, birlik təcrübələrimiz, eyni zamanda prosesin gedişi onu deməyə əsas verir ki, bu dəfə də nəzərdə tutulan ideal və səmimi birlik modeli alınmayacaq:
"Əgər şəraitin diktəsi ilə hansısa birlik yaranacaqsa, bu, gözlənilən effekti verməyəcək. Sadəcə olaraq, seçkidən sonra növbəti uğursuzluqları ört-basdır etmək üçün biri-birlərini ittiham edəcəklər. Bunun üçün də onlara növbəti platforma lazımdır. Müxalifətin uğur qazanması üçün "böyük birlikdən” daha çox böyük islahatlara ehtiyac var”. Əslində hər seçki öncəsi birlik məsələsi gündəmə daşınır və siyasi ideologiyaları nisbətən oxşar olan 5-6 partiya bir masa arxasına toplaşaraq müzakirələr aparırlar. Lakin seçki başa çatdıqdan sonra partiyaların təsis etdiyi birlik dağılır.
Proseslə bağlı "Şərq”ə açıqlama verən siyasi ekspert Azər Rəşidoğlu məsələyə bir qədər fərqli yanaşmağın tərəfdarı olduğunu deyib. Ekspertin sözlərinə görə, strategiya dəyişikliyi olmasa, hansısa bir birlik modeli uğur gətirə bilməz:
"Azərbaycan müxalifəti bütün mümkün variantları iflasa uğradıb. Kənar namizəd, ziyalı namizəd, vahid namizəd, daha böyük birlik, bunların heç biri gözlənilən effekti verməyib. Hər seçkidə "boykot, yoxsa iştirak” dilemması aktuallaşır. Halbuki nə iştirak, nə boykot uğura səbəb ola bilər. 20-30 ildir eyni simalar eyni yanlışları edirlər.
Nə vaxta qədər bu davam edəcək? Düşünürəm ki, tamamilə yeni paradiqmalar tapılmalıdır. Vaxtilə "ziyalı namizəd” və "ehtiyat namizəd” modelini irəli sürən bir ekspert kimi yenə də təkliflərlə çıxış edə bilərdim. Lakin bunun da bir faydası olacağını düşünmürəm. Bu gün AXCP-nin hədəfində Müsavat, Müsavatın hədəfində AXCP-dir. Belə olan təqdirdə elektoratı aldatmağa ehtiyac görmürəm”.
A.Rəşidoğlu bəyan edib ki, müxalifətin ev tapşırığı yoxdur:
"Müxalifət gündəmi dəyişə bilmir, beynəlxalq əlaqələri zəifdir. Həmçinin, maliyyə resursu yoxdur, sosial bazası azdır. Mediaya çıxışı məhduddur. Bütün bunları aradan qaldırmaq əvəzinə qarşılıqlı "qara piar”la məşğul olan müxalifət hansı taktikanı seçsə də məğlub olacaq. Vəziyyəti dəyişmək mümkündür, lakin müxalifət həqiqətən bunu istəyirmi? Başlıca sual budur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya