Nazir müavini gileyləndi: "Bəzən müəllimlər şagirdlərlə düzgün rəftar etmirlər"
10:18 15.05.2019
Arxiv
679
Təhsil nazirinin müavini: "Məktəblərdəki intihar hallarının bir yox, bir neçə səbəbi var".
ONA-nın məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov "Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər bir təhsil müəssisəsi cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır: "Təhsil müəssisələri təkcə təhsil verməli deyil, həm də mənəvi cəhətdən cəmiyyət üçün layiqli insanlar yetişdirməlidir. Təhsil gələcək nəslin formalaşmasında böyük rol oynayır. Cəmiyyətimizə yalnız bilikli, bacarıqlı deyil, həm də yüksək mənəviyyata malik şəxslər gərəklidir. Təhsil sahəsində təlimlə yanaşı, tərbiyəyə də önəm verilməlidir. Buna görə də biz mədəni insan formalaşdırmağa çalışmalıyıq".
Firudin Qurbanovun sözlərinə görə, hazırda məktəblərdə 1 milyon 600 min şagird təhsil alır, onlara 150 min müəllim dərs deyir: "Bizim hər bir məktəbimizdə psixoloqlarımız var. Biz onların vasitəsilə də şagirdləri formalaşdırmağa çalışırıq".
Nazir müavini son vaxtlar məktəblilərlə bağlı baş vermiş intihar hadisələrinə də toxunub: "Bu intiharların bir yox, bir neçə səbəbi var. Bəzən ailədə uşağa münasibət pis olur, ailədaxili mühit uşaqların psixikasına mənfi təsir edir. Belə olan halda həkimlər işə qarışmalıdırlar. Və ya bəzən məktəbdə müəllimlər şagirdlərlə düzgün rəftar etmir, ya da şagirdlərə adekvat yanaşmırlar. Biz Təhsil Nazirliyi olaraq bu məsələləri diqqətdə saxlamağa çalışırıq. Bununla əlaqədar 150 məktəbdə "Məktəblinin dostu" adlı layihəyə başlamışıq. Bunun nəticəsində artıq bir sıra problemlərin qarşısı alınıb. Layihə artıq çox müsbət nəticə verib. Təhsil Nazirliyi gələcəkdə də bu yöndə bir sıra addımlar atmağı planlaşdırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region