Zaur Məmmədov: “ATƏT-in Minsk Qrupunun işi ancaq belə görüşləri təşkil etməkdir”
Nazirlərin görüşündə nəticə olmayacaq
21:43 06.12.2017
Arxiv
340
Fikrət Sadıqov: “Azərbaycan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hücumedici diplomatik addımlar atılır”
Zaur Məmmədov: “ATƏT-in Minsk Qrupunun işi ancaq belə görüşləri təşkil etməkdir”
Zaur Məmmədov: “ATƏT-in Minsk Qrupunun işi ancaq belə görüşləri təşkil etməkdir”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Vyanada səfərdədir. E.Məmmədyarovun həmsədrlərin iştirakı ilə Ermənistan xarici işləri naziri Edvard Nalbandyanla görüşəcəyi də deyilir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, prezidentlərin növbəti görüşü ilə bağlı məsələsi müzakirə olunacağı bildirilir.
Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan "Twitter” səhifəsində nazir Edvard Nalbandyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdüyünü yazıb. Ümumiyyətlə, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmsədrlərin aktivliyi müşahidə olunmaqdadır. Buna səbəb kimi güc sahibi olan dairələrin yaxalarını kənara çəkərək münaqişənin həllində məsuliyyəti ATƏT-in Minsk Qrupunun üzərinə atması da göstərilir. Lakin reallıq odur ki, Minsk Qrupu heç bir təsir mexanizmi olmadığından problemin həllini münaqişə tərəflərinin öhdəsinə buraxıb. Hazırda problemin həlli istiqamətində görülən yeganə iş xarici işlər nazirləri, yaxud dövlət başçılarının görüşünü təşkil etməkdən ibarətdir. Təəssüflər olsun ki, heç bir görüş əvvəlkindən fərqlənmir.
Görüş barədə fikir bildirən politoloq Fikrət Sadıqov deyib ki, Azərbaycan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hücumedici diplomatik addımlar atılır. Ekspertə görə, bunun nəticəsidir ki, artıq böyük və aparıcı dövlətlər də məsələyə nöqtə qoyulmasını istəyirlər:
"Düzdür, onlar Azərbaycanı öz maraqları çərçivəsində hansısa planı qəbul edib məhz bu plan əsasında hərəkət etməyə cəlb etməyə çalışsalar da, ölkəmizin mövqeyi kifayət qədər prinsipial və qətidir. Azərbaycan Prezidentinin söylədiyi kimi, biz heç zaman öz ərazimizdə ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyik. Gec və ya tez, torpaqlarımızı işğaldan azad edəcəyik. Bütün səylərimiz də bundan ibarətdir”. Analitik bildirib ki, hazırda problemin həlli ilə əlaqədar bir sıra təklif və planlar var: "Bildiyiniz kimi, bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana və daha sonra İrəvana səfər edib. Bütün bunlar məsələnin həllində müəyyən dinamikanı, canlanmanı göstərir. Bu baxımdan düşünürəm ki, Vyanada keçiriləcək XİN başçılarının görüşü konkret nəticə ilə yekunlaşmasa da, hər halda bu istiqamətdə bir addım olacaq. Danışıqlar zamanı hansısa layihələr ətrafında müzakirələr aparılacaq”. Politoloq əlavə edib ki, biz məsələnin həlli üçün Ermənistana mütləq şəkildə təzyiq olunmasının gərəkliyini çox yaxşı bilirik: "Bu baxımdan həmsədrlər ilk olaraq öz funksiyalarını yerinə yetirməlidirlər. Onların əsas vəzifələri isə münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq həll olunmasıdır”.
Politoloq Zaur Məmmədov da deyib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüşlər proqramlı və mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun işi ancaq belə görüşləri təşkil etməkdir:
"Münaqişə ilə bağlı qərarlar dövlət başçılarına məxsusdur. XİN rəhbərləri isə daha çox koordinasiya ilə məşğuldurlar. Sarkisyan konstruktivlik nümayiş etdirmək fikrində deyil. Təəssüflər olsun ki, ermənilər işğalçı ola-ola, beynəlxalq hüququ pozduqları halda demək olar ki, heç bir aparıcı ölkələr tərəfindən "ərazilərdən çıxmalısınız” kimi tələblərlə qarşılaşmırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya