“Nazmehr” gəmisində zəhərlənmənin səbəbləri açıqlandı - RƏSMİ
12:33 04.01.2019
Arxiv
566
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində zəhərlənmədən dünyasını dəyişən şəxslərin ölüm səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı apardığı ekspertizanın son nəticələrini açıqlayıb.
Mərkəzdən özəl olaraq Trend-ə verilən məlumata görə, gəmidəki heyət üzvlərinin ölümünün və xəstəxanaya yerləşdirilənlərinin zəhərlənməsinin səbəbi taxıla pestisidlərə və həşəratlara qarşı vurulan kimyəvi maddə olub:
"Gəminin heyət üzvləri taxılın parazitlərdən qorunub saxlanılması məqsədilə ona vurulan kimyəvi maddədən zəhərləniblər. Qapalı mühit olduğundan iy buxarlanıb və nəticədə onlarda kəskin inqalyasion zəhərlənmə baş verib”.
Xatırladaq ki, oktyabrın 19-da gecə saat 3 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Onlardan üçü, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) hadisə nəticəsində dünyasını dəyişiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi