Nə məktəbə gedir, nə də işə: 18 yaşında milyonçudur

Müəllimlərinə nifrət edən və milyonçu olarsa məktəbə getməmək üçün 12 yaşında ailəsiylə iddiaya girən Erik Finman hamını təəccübləndirib. O, öz təəşəbbüsü ilə 18 yaşında milyonçu olur və ABŞ-ın gündəmini zəbt edir.
Məşhur maliyyə qurumu CNBC də gənc milyonçunun qeyri-adi hekayəsinə biganə qala bilmir.
12 yaşında məktəbdə təhsil almaqdan xoşbəxt olmayan Finman, ailəsiylə bir müqavilə bağlayır. 18 yaşına çatana qədər öz sərmayələriylə 1 milyon dollar qazandığı təqdirdə universitetə getməmək haqqında sözləşir.
Gənc, müəllimlərinin mənfi aurasından və əsəb pozan rəftarlarından bezdiyi üçün bu razılaşmanı qəbul edir. Söylədiyinə görə, müəllimləri ona məktəbi buraxmasını və McDonald's'da çalışmağı məsləhət görüb.
Ana və atası əvvəl bu təklifə isti baxmır. Ancaq oğullarının əlindəki pulu yaxşı dəyərləndirdiyini görürlər və iddianı qəbul edirlər. Finman 12 yaşında ailəsinin verdiyi 1000 dollar sərmayəsini dijital pul vahidi olan Bitcoinə yatırır.
2011-ci ildə biri 12 dollara olan Bitcoindən təxminən 100 ədəd alan Erik Finman, iki ildə qazancını dəfələrlə artırır.
2013-cü ildə qiyməti 1200 dollara bahalaşan Bitcoinlərini 100 min dollara satan Finmanın sonrakı cəhdi də olduqca maraqlıdı.
O, yaratdığı Botangle adlı şirkətiylə, onun kimi müəllimlərindən və təhsildən məmnun olmayanlar üçün qurduğu işə 100 min dollar yatırır.
Gənc təəşəbbüskar ən böyük çətinliyi 15 yaşında yaşayır, ancaq bunu ciddiyə almır.
Hətta üst səviyyəli bir Uber idarəçisi onun cəsarətini qırmaq və cəhdinin əhəmiyyətsiz göstərmək üçün böyük səy göstərir.
Finman yenə də inadından dönmür, dollarını artırmaq əvəzinə dəyəri 200 dollara enən Bitcoin təklifini qəbul edir.
Erik Finmanın gəliri Bitcoinin dəyərinin 2500 dolları keçməsiylə milyon dolları aşır.
18 yaşında 1.09 milyon dollar sərvətə çatan Erik Finman ailəsiylə girdiyi iddianı da qazanır və liseyi bitirmədən məktəbi buraxır. Erik Finmanın liseyi bitirdiyini göstərən GDE diplomu yoxdur.
16 yaşında John Hopkinsdə proqram mühəndisliyinə qəbul edilən qardaşı Scott, 15 yaşında Carnegie Melonda robotik elmlər peşəsini oxuduqdan sonra MIT-də doktorluğu müdafiə edən digər qardaşı Rossun yanında o bir lisey məzunu belə deyil.
Ancaq Erik Finman uğuru ilə məşhur jurnalların üz qapaqlarını çoxdan bəzəməyə başlayıb.
Erik Finman indi NASA-nın yeni raket atma proyekti olan ELaNa proqramında məsləhətçi kimi çalışır.
Erik, "təhsil sistemi bu vəziyyətində kimsəyə heç nə vermir. Əsla heç kimə məsləhət görmürəm" deyərək məktəbə geri dönməməkdə israrlıdır.
Finman artıq yalnız özünün deyil, ailəsinin sərmayələrini də idarə edir və məşhur adamlara məsləhətlər verməyə başlayıb. 18 yaşında gənc milyonçu dünyanın müxtəlif yerlərində konfranslar verməyə davam edir.