Neftçilərdən birinin meyiti sahilə gətirildi
19:03 15.12.2016
Arxiv
350
Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı 10 nəfərin itkin düşməsindən sonra meyiti tapılan neftçi İlham Qafarovun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib.
Bu barədə AzVision.az-a "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, İlham Qafarovun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb.
Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək. Cəsədi tapılan Qafarov İlham Əlihüseyn oğlu 1958-ci il təvəllüdlüdür. Mərhum neftçinin 3 uşağı yadigar qalıb.
Qeyd edək ki, bu gün səhər saatlarında SOCAR-ın "Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb. İtkin düşənlərdən İlham Qafarovun meyiti dənizdə tapılaraq, sudan çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü
09:35 08.10.2026
İqtisadiyyat