Almurad Əliyev: “Onun atası yaxşı kişi idi, özü niyə zay oldu, bilmirəm”
“Nemət Pənahlı Bəyin əlindən öpməyindən niyə danışmır?”
20:34 16.05.2016
Arxiv
937
“Yenə də kiminsə tapşırığını icra etmək istəyir. Yəqin deyiblər ki, çıx Elçibəyi tənqid elə, sənə böyük məbləğdə pul verəcəyik”
Almurad Əliyev: “Onun atası yaxşı kişi idi, özü niyə zay oldu, bilmirəm”
Almurad Əliyev: “Onun atası yaxşı kişi idi, özü niyə zay oldu, bilmirəm”
Bu günlərdə Meydan Hərəkatının öncüllərindən olan, keçmiş məhbus Nemət Pənahlı Milli Azadlıq Hərəkatının lideri, sabiq dövlət başçısı Əbülfəz Elçibəylə münasibətlərinin pozulması səbəblərindən danışıb. O, eks-prezidenti sovet DTK-sı ilə gizli sövdələşmədə günahlandırıb.
N.Pənahlının ittihamlarına cavab verən Ə.Elçibəyin qardaşı Almurad Əliyev "Şərq”ə bildirib ki, N.Pənahlı fəhlə olub və ona Elçibəy çörək verib: "Bəyin əlini öpməyindən niyə danışmır? Bəyə yalvarıb, ağladığından niyə söz açmır? İndi durub, ağlına gələni danışır. O, bizə gedib-gələn adam idi. Biz də onlarda olmuşuq. Allah onun atasına rəhmət eləsin. Atası yaxşı kişi idi. Özü niyə belə zay oldu, bilmirəm. Adamın Allahı var. Çox qanacaqlı atası vardı. Deyəsən, Nemət həbsxanada yaddaşını itirib. Yəqin başı gedib-gəlir. Məncə, ciddi xəstəliyi var. O kimdir ki, bəyi tənqid və ya təhqir etsin? Savadsızın biri idi, bəy onu gətirib adam elədi. Mitinqlərin başına qoydu. İndi gəlib, bəyin əleyhinə danışır”.
A.Əliyevin sözlərinə görə, N.Pənahlı həmişə satqınlıqla məşğul olub: "Hamını satıb. Yaxşı, cəbhəni satdın, bəs Elçibəydən nə istəyirsən? Axı o sənə çörək verib. Adam çörək verəninə qarşı çıxmaz. Hörmət qoymursansa, sakit dayan. Dinmə. Dinirsən də, həqiqəti danış. Böhtanla, qaragüruhçuluqla məşğul olma. Şər, iftira kişiyə yaraşmır. Olmaz, belə. Onsuz da sənin "Sovetin sadiq köpəyi, DTK-nın polkovniki ilə Elçibəy arasında gizli sövdələşmə və saziş var idi” fikrinə heç kim inanmayacaq. 7-dən 70-ə hamı bilir ki, Elçibəy sovet imperiyasına qarşı açıq şəkildə mübarizə aparan lider olub. Onu sovet DTK-sı ilə əməkdaşlıqda qınamaq əsassız və yersizdir. Bu, böhtandan başqa bir şey deyil”.
A.Əliyev bəylə N.Pənahlının arasındakı münasibətlərin pozulma səbəblərindən də söz açıb: "Onlar türmədə idilər. Çıxıb evlərinə gələndə, kəndə apardım və kənddə qonaqlıq verdim. Masa ətrafında Bəy, mən və N.Pənahlı əyləşmişdik. Orda bəy N.Pənahlıya söylədi ki, sənin içini qara bürüyüb. Məkirli və çox pis niyyətli adamsan. Bəy, bunu deyəndə N.Pənahlı acıq edib durub getdi. Bəyə bildirdim ki, bu gedib səni bada verəcək. Üstündən xeyli müddət keçmişdi, Bəy mənə söylədi ki, sən doğru deyirdin, N.Pənahlı məni bada verdi. Bəy qeyd etdi ki, o adamın içində işıq, aydınlıq yoxdu. Kinli adamdı. O, nə elədiyini də bilmir. Mən artıq N.Pənahlını silmişəm”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, ölünün arxasınca danışmaq yaxşı əlamət deyil: "Kişiydin, Bəyin özü yaşayanda danışaydın da. Sənə elə tutarlı cavab verərdi ki, bir də səsin çıxmazdı. N.Pənahlı, sən bəyin bir cümləsinə belə cavab verə bilməzdin. Buna sənin savadın çatmazdı. İndi bəy yoxdu, oturub ağzına gələni danışırsan. Elçibəy Azərbaycan tarixinin yaddaşına ən demokratik və humanist lider kimi düşüb. Bəyi xalq sevirdi, sevir və sevəcək. Ölünün dalınca yalnız ar damarı partlamış adamlar danışar. Elçibəydən nə istədiyini anlamıram. Görünür, bəyi tənqid edib, yenə kiməsə yaltaqlanmaq niyyətindədir. Yenə də kiminsə tapşırığını icra etmək istəyir. Yəqin deyiblər ki, çıx Elçibəyi tənqid elə, sənə böyük məbləğdə pul verəcəyik. Bu da çıxıb sərsəmləyir. Camaat başına gələni, N.Pənahlı isə ağzına gələni danışır. Nə deyim, xalq onun qiymətini verəcək”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə