Nərimanovda YANĞIN... - Fotolar

Nərimanov rayon Əhməd Rəcəbli 16 ünvanında yanğın baş verib. 
Hadisə şahidlərinin "Sherg.az"a verdiyi məlumata görə, sözügedən küçədə yerləşən yaşayış binasının yaxınlığındakı kolluq qəfl alışmağa başlayıb və qısa bir müddət ərzində ətrafı tüstü-duman bürüyüb.
Fövqəlada Hallar Nazirliyinin (FHN) yanğın söndürənlərdən ibarət heyəti gələnə qədər sakinlər  vedrələrlə su daşıyıb alovun üstünə tökərək söndürüblər. Və alovun binaya keçməsinin qarşısı alınıb. Sonda isə FHN hadisə yerinə yetişib. Amma binanın həyətinə daxil ola bilmədiyi üçün, uzaq məsafədən yanğına müdaxilə edib.