Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş
07:20 08.11.2019
Arxiv
697
Xəbər verdiyimiz kimi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropada bir sıra tədbirlər keçirir. Layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Rotterdam şəhərində Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüşüblər.
Görüşdə Niderlandda fəaliyyət göstərən Holandiya Azərbaycan-Türk Kültür Dərnəyinin başkanı İlhan Aşkın, başkan yardımçısı Altan Göleli, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, mətbuat nümayəndələri - Dəniz radio və tv sahibi Özcan Özbay, Manşet qəzetinin yazarı Mehmet Ali Topçu, jurnalist Engin Kula, Ahaber TV Hollandiya təmsilçisi Fatih Özyar, Doğuş qəzeti yazarı Zeynəl Abidin Kılıç, Live 24 kanalının aparıcısı Yavuz Nüfel, Gür Media və Güncel haberin yazarı Hikmət Gür, jurnalistlər Ali OkşakŞ Coşkun Yegenoğlu, Bülent Türker iştirak ediblər.
Deniz Tv və radio yayınlarının ofisində baş tutan görüş həm də Deniz TV vasitəsilə canlı yayımlanıb. Görüş-müzakirələrdə Azərbaycan həqiqətlərinin Avropada təbliğ olunması, bu təbliğat işində Avropada fəaliyyət göstərən media qurumların üzərinə düşən vəzifələr müzakirə olunub. Canlı yayımda təqdim olunan verlişi buradan izləyə bilərsiniz. Proqram "Azərbaycana tam dəstək" başlığı ilə təqdim olunub. https://radyodeniz.com/index.php/2019/11/07/azerbaycana-tam-destek/?fbclid=IwAR3ClMlhku0dpZ26LNFuaFGww9kFra9XVGYynNBb-3FVrMD2kBvitwoUZO8)
Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və "Hədəf Global" qrupunun rəhbəri, "Ustad" jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Azərbaycan İranın qonşuluq siyasətində xüsusi yer tutur
21:40 29.09.2026
Gündəm
Rusiyadan nüvə silahı xəbərdarlığı
21:22 29.09.2026
Dünya
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya