Nikotini bədəndən təmizləməyin ən asan yolları

Siqaret çəkənlərin bədənində yığılan nikotinin təsirləri illərcə davam edir. Bəzi qida məhsullarının isə bu nikotini təmizlədiyi ifadə olunur.
Kivi, nikotini bədəndən çıxarır   və bol miqdarda vitamin ehtiva edir.
Gicitkəndə bol miqdarda dəmir və dezenfektan xüsusiyyət göstərən maddə var. Gicitkən otu sayəsində bədəninizdə yığılan nikotindən xilas ola bilərsiniz.
Hər qəbul etdiyiniz  siqaretdəki nikotinin bədəninizdə 3 gün qaldığını unutmayın. Dəriyə zərər verən nikotinin bu təsirinə qarşı kök suyu içə bilərsiniz. Vitaminlər baxımından zəngin olan kök suyu dərinin özünü yeniləməsini və nikotindən təmizlənməsini təmin edir. 
Su, bədəndəki zəhərli maddələrin atılması üçün çox əhəmiyyətlidir. Bədəniniz susuz qalsa hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azaldılması çətinləşər.