Novruz bayramında əfv gözlənilir
21:31 02.03.2016
Arxiv
967
Hüquq müdafiəçilərinin ümidləri bu dəfə daha çoxdur
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Komissiyanın üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.
Komissiyanın daha bir neçə iclasının keçirilməsinin nəzərdə tutulduğunu vurğulayan baş redaktor Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən Əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib: "Komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır. İlk iclasda sənədlərin bir hissəsinə baxdıq. Müraciətlər çox olduğu üçün Komissiya daha bir neçə dəfə toplaşacaq. Baxıldıqdan sonra müsbət rəydən keçən sənədlər əfv üçün ölkə başçısına təqdim olunur. Güman edirəm ki, Novruz bayramı münasibəti ilə Əfv fərmanı olacaq. Amma bu barədə Əfv Komissiyasının iclasları tam başa çatdıqdan sonra dəqiq fikir bildirmək mümkün olacaq”. Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclasının kifayət qədər maraqlı olduğunu vurğulayan R.Məcid deyib ki, Komissiya ilə bağlı təəssüratlarını iclaslar tam bitəndən sonra bildirəcək.
Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı da Novruz bayramı ilə əlaqədar əfv gözlədiklərini bildirib. Hüquq müdafiəçisi bu dəfə Əfv sərəncamı imzalanacağı halda siyasi məhbus adlandırılanların azadlığa çıxacağını istisna etmir: "İnanırıq ki, martda əfv olacaq. Bizim gözləntilərimiz budur ki, budəfəki əfv daha çox məhbusa şamil edilsin. Mütəmadi olaraq bizə edilən müraciətlərlə bağlı aidiyyəti qurumu məlumatlandırırıq. Düzdür, Əfv Komissiyası bu işlə bağlı müntəzəm olaraq işləyir. Müraciətçilərin özləri də əfvlə əlaqədar müvafiq strukturlara müraciət edirlər. Biz də hüquq müdafiəçisi olaraq, həmin şəxslərin azadlığa buraxılmasını Komissiyadan xahiş edirik”.
S.Bənənyarlı əfv olarsa, ölkə başçısının siyasi məhbus sayılanları da nəzərə alacağına ümid edir: "Biz də istərdik ki, Prezident fərmanı imzalayarkən köhnədən qalan siyasi məhbus adlandırılan şəxslərin də adlarını ora əlavə etsin”. Əfv məsələsinin birbaşa Prezidentin humanistliyindən asılı olduğunu vurğulayan hüquq müdafiəçisi hər ehtimala ümidli olduqlarını deyib”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm