
Novruz Məmmədov Binəli Yıldırımla görüşüb
15:52 29.08.2018
Arxiv
559
Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki qardaş ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Binəli Yıldırımı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini bildirib.
Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladan baş nazir deyib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər ən yüksək zirvədədir. Ölkələrimiz bütün sahələrdə əməkdaşlıq edir, bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin sıx dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Birlikdə reallaşdırılan qlobal layihələrin əhəmiyyətindən bəhs edən baş nazir qardaş ölkələrimizin qanunverici orqanları arasındakı əlaqələrin də məmnunluq doğurduğunu ifadə edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən baş nazir Novruz Məmmədov deyib ki, Türkiyə bu məsələnin həllində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.

Novruz Məmmədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edən Türkiyə parlamentinin sədri Binəli Yıldırım hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etməsinin ənənəyə çevrildiyini bildirib.
Böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını xatırladan Binəli Yıldırım hər zaman olduğu kimi, TBMM-nin sədri vəzifəsində də hər iki ölkənin mənafeyinin müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Böyük Millət Məclisinin sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və bu dəstəyin davamlı olacağını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi