Nyu-Yorkda ötən il rekord sayda az qətl hadisəsi qeydə alınıb




2018-ci ildə Nyu-York şəhərində baş verən qətl hadisələrinin sayı rekord miqdarda azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, polisin məlumatına əsasən, 8,6 milyon insanın yaşadığı şəhərdə ötən il ölümlə nəticələnən 289 cinayət hadisəsi qeydə alınıb. 2017-ci ildə isə meqapolisdə 292 qətl hadisəsi törədilmişdi. Bununla yanaşı, Nyu-Yorkda qətllərin sayı 28 ildir ki, mütəmadi olaraq azalır.

Həmçinin ötən il şəhərdə atışma ilə nəticələnən insidentlərin sayı 800-dən az olub (2017-ci ildə 900-dən çox). Qarət və oğurluq halları isə təxminən 8 faiz azalıb.

Nyu-Yorkda qətllərin ən çox müşahidə edildiyi 1990-cı illərdə şəhərdə hər il orta hesabla 2 mindən çox insan öldürülürdü.