Tarixin tozlu səhifələrindəki fotolardan bəlli olan Tomas Bell, gerçək Robinzon
Kruz olaraq tanınır. İngiltərənin Yorkshire qəsəbəsində yaşayan Tomas Bell, işdən çıxarıldıqdan sonra ailəsini də götürüb, sakit adanın ən kimsəsiz bölgəsində 35 il yaşadı.
Londonlu yazar Lydia Sysonun, 'Mr. Peacock's Possessions' adlı kitabında nəql etdiyi hekayənin əsl qəhrəmanı, Tomas Bell və ailəsidir. Bell, hər şeydən imtina edib, ailəsini də yanına götürərək kimsəsiz bir adada həyatla mübarizə aparan bir adamdır.
Öz ölkəsinin kralı olmaq istəyən Tomas Bell 35 il, indi Raol adlanan bir sakit adada yaşadı. 1879-cu ildə Yeni Zellandiyalı Bell ailəsi, uzaq bir adanın tək sakinləri idi. Mədəniyyətdən uzaq olan bu adada yaşamağa başlayan Bell, ailəsini də özüylə birlikdə Robinzon Kruze həyatı sürməyə məcbur etdi.
Bellin yaşamaq üçün seçdiyi Raoul adası, yalnız keçi və itlərə ev sahibliyi edirdi. Tomas Bell və ailəsi 35 il boyunca dəniz canlıları, vəhşi keçilər, köklər və meyvələr yeyərək həyatda qaldı.
Bellin ailəsinin iki kişi üzvü bir xərəklə taxta qutular daşıyır. Tomas Bell və həyat yoldaşı Frederica ilə altı uşaqları Hettie, Bessie, Mary, Tom, Harry və Jack ilə o kiçik komada yaşadı. Adanın yaxınlığından keçərkən tüstü çıxan düşərgəni görən "Sissy" adlı gəminin kapitanı və işçiləri Bell ailəsini qurtarmaq üçün gələndə onların adada yaşadığını öyrəndi.
O ailədən geriyə də bu fotoşəkillər qaldı. Bu qəribə ailənin hekayəsi Lydia Syson tərəfindən "Mr Peacock's Possessions" adıyla roman halına gətirildi.