Oljas Süleymenov: Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır
18:29 23.05.2016
Arxiv
380
"Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) ilk növbədə erməni xalqının həyatı və qonşu dövlətlərin əhalisi üçün ciddi təhlükə mənbəyidir. Ona görə də Ermənistan enerji əldə etmək üçün daha mütərəqqi vasitələrə müraciət etməli və yubanmadan bu atom elektrik stansiyasının istismarını dayandırmalıdır".
Bu fikirləri görkəmli yazıçı və ictimai xadim, dünya miqyasında antinüvə hərəkatının öncüllərindən biri Oljas Süleymenov söyləyib.
O bildirib ki, öz əhalisinə və qonşu ölkələrə yaratdığı ciddi təhlükəni nəzərə alaraq Ermənistan köhnəlmiş, istismar müddəti bitmiş atom elektrik stansiyasının fəaliyyətini dərhal dayandırmalıdır.
Oljas Süleymenov hazırda alternativ və təhlükəsiz enerji əldə etməyin daha müasir və mütərəqqi vasitələrinin olduğunu bildirib. "Belə təhlükəli şəkildə enerji əldə etmək metodları artıq keçmişdə qalıb. Biz bunun acı təcrübələrini görmüşük. Bilirik ki, bütün Avropanı belə bir təhlükə təhdid edib. Yaxud Yaponiya dərk etdi ki, atom stansiyaları bu ölkənin gələcəyini təhlükə altında saxlayır. Yaponiyada olan 57 atom elektrik stansiyasından bu gün 2-si və ya 3-ü fəaliyyət göstərir. Nüvə stansiyaları, eyni zamanda, bütün dünya üçün bir təhlükədir. Sözsüz ki, belə stansiyalar bağlanmalıdır. Çünki Ermənistandakı stansiya çox köhnəlib, ilk növbədə, bu ölkənin öz əhalisi üçün ciddi təhlükə mənbəyinə çevrilib. Əlbəttə ki, qonşu ölkələrin, o cümlədən Azərbaycanın narahatlığı başadüşüləndir”, - deyə o əlavə edib. (AZƏRTAC)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Süleymenov münaqişənin hələ də davam etməsindən təəssüfləndiyini, buna görə BMT başda olmaqla beynəlxalq təşkilatların üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib: "Baxmayaraq ki BMT bir neçə qətnaməsində bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və işğalçılar Azərbaycan ərazisindən çıxmalıdır, lakin nədənsə bu qərarların icrası reallaşdırılmır. Bu isə təbii ki, silah vasitəsilə ərazilərin azad olunmasını şərtləndirir və gördüyümüz kimi, arzuolunmaz nəticələrə səbəb olur. Hesab edirəm ki, BMT-nin üzərinə böyük məsuliyyət düşsə də, təşkilat missiyasını yerinə yetirmir. Aprel hadisələri bir daha göstərdi ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT qəbul etdiyi qərarların icrasına daha ciddi yanaşmalıdır”.
Oljas Süleymenov qeyd edib ki, tarix boyu üzləşdiyi çətinliklərə və müharibə vəziyyətinə baxmayaraq, müstəqilliyini möhkəmləndirərək sürətlə inkişaf etməsi Azərbaycanın düzgün yolda olmasından xəbər verir: "Mən ilk dəfə Azərbaycanda olanda Heydər Əliyevlə görüşdüm. Onu özümün müəllimim hesab edirəm. Həm sovetlər dönəmində, həm də 1990-cı illərdə o, Azərbaycan üçün çox işlər gördü. Sevinirəm ki, Prezident İlham Əliyev onun siyasətini davam etdirir. Bakı daha da gözəlləşib. Dünyada böhran yaşansa da, Azərbaycan müharibə vəziyyətində olsa da, ölkə getdikcə inkişaf edir. Mən doğma və əziz Azərbaycan xalqına bu yolda uğurlar arzu edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi