Ölkəmizin inkişafını sinirə bilməyən qüvvələr hərəkətə keçiblər

Ermənipərəst dairələrin Azərbaycanı zəiflətmək naminə atdığı qərəzli addımlar iflasa uğrayacaq




Şəhidlər xiyabanı Azərbaycanın müasir tarixində xüsusi çəkiyə malik, dövlət müstəqilliyi ideyasına güclü təkan verən, istiqlal mübarizəsini simvollaşdıran müqəddəs məkandır. Belə bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericliyə ziddir, həm də mili mənəvi dəyərlərimizə, ənənlərimizə, milli mübarizə tatiximizə hörmətsizlik sayılır. Ölkədə demoqrafik bum yaşandığından 1990-cı ilin yanvarından sonra doğulanlar, eləcə də həmin qanlı hadisələr zamanı 5 yaşından aşağı olanlar ölkə əhalisinin 50 faizdən çoxunu təşkil edir. İndi müxalifətin fəallaşması, o tarixdə indiki radikal meydan "liderlərinin” oynadıqları mənfi rolu unutdurub yeni nəslə özlərini qəhərman kimi təqdim etmək cəhdidir. Təəssüf ki, həmin vaxtı xalq hərəkatına rəhbəlik edənlərin yol verdiyi səhvlər Bakıya qoşun yeridilməsinə şərait yaratdı. 

O zaman insanları küçələrə çıxaran, təxribata sürküləyərək tankların, zirehli maşınların altına dəvət edənlərin bir qrupu yenə də meydandadırlar. Həm də eyni ampulada çıxış edirlər. Bu insanlar yenə də vətəndaşları küçələrə, itaətsizliyə, dağıtmağa, çevirməyə, devirməyə çağırır. Amma bir fərq var, bu dəfə söhbət müstəqil Azərbaycandan, dövlətimizdən gedir. O zaman SSRİ-nin qüdrəti kimlərəsə sərf etmədiyi kimi, bu gün də Azərbaycanın müstəqilliyi, öz iradəsinin sahibi olması regionda, dünyada müəyyən rəqib qruplar və koalisiyaları qıcıqlandırır. 1990-cı ilin 20 yanvar müdaxiləsinə ABŞ da öz töhfəsini vermişdi. Con Kerri başda olmaqla bir qrup amerikalı konqresmen Qorbaçovdan tələb etmişdi ki, Azərbaycanı "hüquqları pozulan” erməniləri müdafiə etməkdə, tədbir görməkdə tələssin. İndi də hansısa qüvvələr ermənipərəstlərdən istifadə edərək, ölkəmizə qarşı siyasət yürüdürlər.

Avropa Parlamentinin qəbul etdiyi son qətnamə müstəqil siyasət yürüdən bir dövlətə hörmətsizliklə yanaşı, diktat cəhdidir. Görünür ki, Avropanın bir sıra dairələri onun enerji təhlükəsizliyində xüsusi rol oynayan Azərbaycanı sanki qəsdən düşmənçiliyə təhrik edir.
Maraqlıdır ki, "Sarı jilet” hərəkatının yatırılması üçün assimetrik güc tətbiq edən rəsmi Parisin hərəkətlərinə laqeyd qalan Avropa Parlamentinin görünməmiş çevikliklə Mehman Hüseynovu müzakirəyə çıxarıb qərar qəbul etməsi kifayət qədər şübhələrə yol açır. Və anti-Azərbaycan mövqeyi tutmaqlarını açıq-aşkar sübuta yetirir.
Amma bir məqamı unudurlar ki, Avropa Azərbaycana lazım olduğu qədər Azərbaycan da Avropaya lazımdır. Azərbaycan qlobal enerji layihələrinin müəllifi olaraq, əsas söz sahiblərindən biridir. Elə Avropanın enerji təminatında ölkəmizin xüsusi rolu və çəkisi var. Görünür Azərbaycan əleyhinə olan avroparlamentarilər bu həqiqəti unudurlar. Bu da sonucda Avropanın da maraqlarına zidddir. Azərbaycana qarşı düşmən mövqe tutmaq Avropa Parlamentinə heç nə qazandırmayacaq. Azərbaycan yox, əksinə Avropa itirəcək. Çünki Azərbaycanı inkişaf etdirən hazırkı iqtidara xalqın dəstəyi var. Bu dəstək sayəsində də ölkə rəhbərliyini müstəqil siyasətini həyata keçirir. Və xalq dəstəyi hazırkı Azərbaycan iqtidarına təzyiqlərə imkan verməyəcək.
Maraqlı məqamlardan biri də anti-Azərbaycan şəbəkəsində rol alan Emin Hüseynovdur. Xatırladaq ki, Eminin həyat yoldaşı ABŞ xüsusi xidmət orqanlarının əməkdaşıdır. Əslində aclıq aksiyası keçirməyən Mehman Hüseynovla bağlı süni ajiotajın qardaşı Emin tərəfindən gündəmə gətirilməsi, qardaşının azad olunmasına mane olması xüsusi xidmət əməliyyatına bənzəməyə bilməz. Burada həmin xüsusi xidmət orqanlarının "barmağı”nın olması açıq şəkildə görünür.

Sual olunur, niyə bütün müsəlman aləmində öz abadlığı və azadlığı, rahatlığı və sabitliyi, dincliyi və tolerantlığı, multikulturallığı ilə seçilən Azərbaycana qarışdırmağa çalışırlar? Azərbaycanın inkişafını istəməyən düşmən, işğalçı Ermənistandır. Dünyadakı erməni lobbisi görünür müəyyən dairələrə təsir edərək, Azərbaycana qarşı qərarların verilməsinə nail olurlar. Nə yazıq ki, bəzi daxili qüvvələr, anti-Azərbaycan mövqeyi tutan, azərbaycanlılar da bu qərəzçi kampaniyanın alətinə çevrilib, erməni dəyirmanına su tökməklə məşğuldurlar.
Gülməli hal odur ki, müxalifətin birləşmiş qüvvələrinin 19 yanvarda keçirdiyi "Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi.

25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. Bir məsələ də var ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki bloqqerlər mitinqə çağırış edirdilər və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi. AXCP sədri Əli Kərimli də bütün müxalifətin birgə ərsəyə gətirdiyi aksiyanı öz adına çıxmaq istədi. Guya ki, əvvəlkilərdən azacıq fərqlənən bu aksiyanı məhz Kərimli təşkil edib. Bu davaranış da təbii ki, müxalif düşərgədə yeni siyasi vəziyyət yaradır. Birləşmiş müxalifət bu aksiya ilə Azərbaycana, onun imicinə işləmiş oldu.
Qaldı ki, M.Hüseynovun pəhriz aksiyasını Quantonamada məhbusların vəziyyəti ilə müqayisə edənlər – onlar sadəcə özlərini ifşa edirlər. Halbuki, hüquq müdafiəçiləri M.Hüseynova baş çəkdi, şəkillərini bütün cəmiyyət gördü. Hüseynovun vəziyyətini Quantonamada cəza çəkənlərlə eyniləşdirmək, gülüş doğurmaya bilməz. Bu bənzərliyi ortaya atanlar ABŞ-ın məşhur həbsxanasında məhkumlara verilən cəza videolarına heçmi baxmayıblar? İnanmaq olmur ki baxmasınlar – sadəcə şər atmaqda, yalan danışmaqda pərgardırlar. Cəmiyyət bu yalanlara təbii ki, inanmır, əksinə ictimaiyyətdə belə şəxslər ikrah doğururlar, nifrət qazanırlar.

Bakıdakı aksiya zamanı Azərbaycan polisinin davranışı ilə "Sarı jiletlər” hərəktını yatırmaq üçün fransız jandarmeriyasının sərgilədiyi davranışla müqayisədə də Azərbaycan məmurunun nə qədər sivil, mədəni, qanunpərəst olduğunu görmək olar. Videolardan xalq da gördü ki, ölkə polisi qanun keçikçiləri istər mitinqdə olsun, istərsə də müqəddəs Şəhidlər Xiyabanını ziyarət zamanı ajiotaj yaratmaq istəyən radikal müxalifət qüvvələri ilə çox mədəni davranış göstərərək, qanunun tələbinə riayətə səslədilər.

İndi meydanda populist çıxışları ilə diqqət çəkən İsgəndər Həmidov nazir olduğu 9 ay ərzində jurnalistə məqaləsini qəzet qarışıq udmağa vadar edib. Partiya liderini maşınının baqajına basıb aparıb. Bunlar unudulmayıb, hər kəsin yaddaşındadır. Meydan "liderlərindən” digəri özünü yaxşı aparmayan icra başçısını cəzalandırmaq üçün ayaqlarını vannaya qoyduğu ləyənin suyunu ona içirdib. Bu cür davranışları ilə AXC-Müsavat hakimiyyəti etnik azlıqların ekstermistləşməsinə səbəb olmadımı?! 1990-cı ilin yanvarında hamılıqla qaçıb gizlənmişdilər. Çünki övladlarını itirənlər, yaxın adamlarını şəhid verənlər o "liderləri” xalqı qırğına verənlər adlandırırdılar.

Məsələ burasındadır ki, ölkə başçısı, cənab Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Keçirilən etiraz aksiyası aparılan islahatlara qarşı formalaşdırılan müqavimətin ilk təzahürü də sayıla bilər. Amma Azərbaycan liderini tutduğu mövqedən belə zəif, cılız aksiyalarla geri çəkindirə bilməzlər. Azərbaycanın inkişafı, suverenliyi naminə çalışan prezidentinin arxasında xalq dayanıb. Anti-Azərbaycan dairələrin, Avropadakı qərəzli təşkilatların, ermənipərəst qüvvələrin ölkəmizi zəiflətmək çabalarının həyata keçməsi mümkün olmayacaq.

Anar