"Ölkəmizin xarici siyasətdəki uğurları, bu sahədəki strategiyası ilə bağlıdır"
12:56 04.01.2019
Arxiv
619
Azərbaycanın xarici siyasət istiqamətində uğurları ilk növbədə rəhbərlik tərəfindən həyata keçirilən xarici siyasət strategiyası ilə bağlıdır.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, Azərbaycan hökuməti öz strategiyasını və xarici əlaqələrini ortaq maraqlar, tərəfdaşlıq və əməkdaşlıq prinsipləri əsasında qurur:
"Hər addımımız beynəxalq hüquq normalarına əsaslanır. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı inkişaf edir. Yaxın müddətdə Aİ ilə müvafiq tərəfdaşlıq sənədinə imza atacağıq. Enerji sahəsində Bakı ilə Avropa Birliyi arasında artıq belə bir sənəd imzalanıb. Eyni zamanda Azərbaycan anti-terror koalisiyasının da çox fəal üzvüdür. ABŞ və NATO ilə birgə terrorla mübarizədə aktiv iştirak edirik. 2018-ci il ərzində Azərbaycan böyük strateji layihələrə imza atmaqla tərəfdaşlıq, enerji və nəqliyyat üzrə əməkdaşlığı daha da genişləndirib”.
Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib, beynəlxalq mövqelərini daha da möhkəmlədib. Dövlət başçısı qeyd edib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub: "Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Mən bu il 16 xarici səfər etmişəm, ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərib. Beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi