Ondan mutlusu yox: Sadəcə 33 vətəndaşın baş naziridir - FOTOLAR

ABŞ-ın Nevada əyalətində yaşayan Kevin Baugh, öz sərhədləri, öz qaydaları, ənənələri və öz pul vahidi olan Molosya adı verilən bir "mikro xalqın" itlər də daxil olmaqla 33 vətəndaşın baş bakanıdır. 
1977-ci ildə lisey yoldaşıyla birlikdə bu fikir ağılına gələn Baugh illərdir baş nazirlik edir. "Hökumət evi" olaraq bilinən Baughun evi, arxa və ön baxçası və 0.4 hektar sahəsi ABŞ-ın Nevada əyalətində bir "mikro xalqı" əmələ gətirir. "Amerika"ya alver üçün getmək məcburiyyətində olan Molosyalılar bunu "idxalat"olaraq görür. Baugh, Molosyanı 1977-ci ildə 15 yaşındaykən qurmuş, 1998-ci ildə torpağa söykən bir iddiaya çevirmişdir. 1999-cu ildə isə öz başçılığını elan etmişdi... Baugh, Molosya adının ispanca "kiçik qayalıq təpə" mənasını verən "morro" sözündən əmələ gəldiyini bildirmişdir. Molosyanın bir məclisin varlığını zəruri edən  konstitusiyası olsa da "iç qarışıqlıqlar və sərhədin xaricindən gələn müdaxilələr səbəbiylə" Baugh bütün konstitusiya vəzifələri yerinə gətirməkdədir. Molosya bir çox "mikro xalqlar"ı tanımaqdadır və bunlarla bir çox "anlaşma" əldə olunmuşdu. 
Turistlər Molosyaya tez-tez gəzintilər təşkil edir. Nə də olsa bir baş nazirin həyatına bu qədər yaxından baxma şansını çox tapa bilmirlər. Turistlərin pasportlarına sərhəddə nəzarət edilir və "Molosya respublikası pasport idarə" möhürü vurulur.