Onların qəribə həyatları var

Foto müxbir Nagaların həyatına şahidlik edib
"Reuters”in foto müxbiri Soe Zeya Tun, obyektiviylə Nagaların həyatına şahidlik edib. Myanmarın Hindistan sərhədindəki dağlıq bölgədə öldürdükləri düşmənlərin kəsik başlarını saxlayan Naga xalqı yaşayır. Sayları təxminən 120 min olan Nagalar, əkinçilik və ovçuluqla məşğul olurlar. Zamanla Naga xalqının ənənələrində də bəzi dəyişikliklər olub. Keçmişdə bez bir örtük geyən gəncləri artıq şalvarla görmək mümkündür. Naga cəmiyyətinin yaşadığı bölgələrdə xalq yoxsuldu və bu bölgələrə çatmaq heç də asan deyil. Bir çox fərqli dildə danışan Nagalar ortaq dil olaraq Birmancanı istifadə edir. Naga kişiləri çayda öz üsullarıyla balıq ovlayır. Naga cəmiyyətinə mənsub bir adam, balıqçıların dinamitlə gicəldərək su səthinə çıxmasını təmin etdiyi balıqları yığır. Balıqçıların partlatdığı dinamitlə gicəltdiyi balıqlardan birini dişləriylə tutan bir Nagalı...Nehrin buz kimi sularında balıq yığan Naga kişiləri, ov düşərgəsində yandırdıqları odun başında isinməyə çalışır. Başında çöl donuzu dişləriylə bəzəkli bir şapkası olan Naga cəmiyyətinə mənsub bu adam, söylədiyinə görə 100 yaşındadır. Yuxarı Harvar kəndində yaşayan təxminən 50 nagalı kişi, Milad yeməyi üçün maral və çöl donuzu ovlayır. ..Yansi kəndində 101 yaşında ölən birinin cənazəsi... Nagalılar, rəsmi doğum qeydi tutmur. Yaşlarını isə həyatlarındakı hər gün atdıqları vurmaları sayaraq təyin edirlər. Sonrasında bu ‘yaş qeydi’ ağac qabığından hazırlanan tabuta yerləşdirilir. Bahar gəldiyində açan albalı ağacları isə Naga uşaqlarının ən böyük əyləncəsidir.