Oqtay ƏsədovcMDB Parlament Assambleyasının plenar iclasında iştirak edəcək
08:02 19.11.2019
Arxiv
370
Milli Məclisin (MM) Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının (PA) Şura və növbəti plenar iclasında iştirak etmək üçün noyabrın 20-dən 22-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.
MM-in Mətbuat Xidmətindən verilən məlumata görə, Milli Nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildilər.
MDB PA-ın Şura iclasında plenar sessiyada müzakirəyə çıxarılacaq məsələlər nəzərdən keçiriləcək. Toplantıda quruma üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Qazaxstanda, Belarusda, Özbəkistanda bu sahədə görülmüş işlər, II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər, təşkilatın fəaliyyətinin maliyəşdirilməsi və digər məsələlər müzakirə olunacaq.
Qurumun plenar sessiyasında Normativ hüquqi aktlar, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması və MDB PA-ın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılacaq. Milli Məclisin Sədri MDB PA-ın Şura və plenar iclaslarında müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək.
Nümayəndə heyətinin üzvləri təşkilatın Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək daimi komitələrinin iclaslarında iştirak edəcək, gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini ifadə edəcəklər. Parlamentin Sədri Oqtay Əsədov səfər çərçivəsində tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm