Ortaq maraqlar var
20:47 04.03.2016
Arxiv
686
ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir
Aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil Azərbaycan yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika ilə münasibətlərə
böyük əhəmiyyət verir. Qarşılıqlı əlaqələrin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir.
Öz növbəsində, rəsmi Vaşinqton da Cənubi Qafqazın güc mərkəzinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən, respublikamızla çoxtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu dəfələrlə bəyan edib. Ölkələrimizin münasibətlər sisteminə nəzər yetirdikdə bir daha əminlik yaranır ki, ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. Bu günədək iki ölkə arasında mühüm əhəmiyyətə malik sazişlərin imzalanması dediklərimizi təsdiq edir. ABŞ Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi” bunun ən bariz nümunəsidir. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə səfir təyin olunmasının 1 illiyi münasibətilə "ABŞ-Azərbaycan münasibətləri: Sabit və firavan gələcək naminə ortaq məqsədlər” adlı məqaləsində bildirmişdir: "ABŞ həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Azərbaycanla davamlı və uzun müddətli münasibətlər arzusundadırlar və həmişə azərbaycanlıların yanındadırlar. Qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyi ilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir. Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir”. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında "Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. O, ABŞ-ın "Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini vurğulayıb.
ABŞ-Azərbaycan münasibətlərinin tarixi köklərindən söz açan politoloq Elxan Mehdiyev "Şərq”ə açıqlamasında qeyd edib ki, bu ölkələr arasındakı əlaqələr Azərbaycan müstəqillik əldə etdikdən sonra yaranıb: "Ancaq əvvəllər Vaşinqton Bakı münasibətləri məhdud çərçivədə idi. Ona görə ki, 1992-ci ildə Amerika konqresi Azərbaycana yardım edilməməsi barədə 907-ci düzəlişi tətbiq etdi. Bu addım Ağ Ev-lə Bakı arasında müəyyən soyuqlaşma yaratmışdı. ABŞ qanunları, sadəcə Azərbaycanın qeyri-hökumət təşkilatları ilə münasibətlərə icazə verirdi. Amma Ermənistan və Gürcüstana edilən yardım 90, 100 və 110 milyon civarında ölçülürdü. Ovaxtkı dövr üçün bu, böyük məbləğ idi. 1994-cü ildə "Əsrin müqaviləsi” imzalandıqdan sonra mərhum Heydər Əliyev Klintonla Nyu-Yorkda görüşdü və sözügedən ölkələr arasındakı enerji ehtiyatları üzərində yeni münasibətlər qurulmağa başladı. Həmin dövrdən etibarən Amerika şirkətləri Bakıya axışdılar. "Əsrin müvailəsi”ndən faydalanmağa çalışdılar”.
Ekspertin fikrincə, 1997-ci ildə, Amerikanın ATƏT-in Minsk Qrupunun həmsədri seçilməsi Vaşinqton Bakı əlaqələrində bir pəncərə açdı: "Bununla yanaşı deyim ki, ABŞ Azərbaycan arasındakı ən sıx əlaqələr 2001-ci il 11 senytabr hadisələrindən sonra başladı. Prezidentin xüsusi səlahiyyəti ilə 907-ci qadağanı aradan qaldırdı. Bununla da həmin ölkələr arasında hərbi təhlükəsizlik sahəsində yeni pəncərə açıldı. Beləliklə, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, kəşfiyyat və terrorizmə qarşı mübarizədə bir əməkdaşlıq platforması yarandı”.
Ekspertin sözlərinə görə, ABŞ hökumətinin apardığı demokratiya, insan haqları, azad və plüralist cəmiyyət uğrunda siyasəti əməkdaşlığın 3-cü istiqaməti oldu: "Enerji, təhlükəsizlik və insan haqları, demokratiya iki ölkə arasındakı münasibətlərdə danışıqlar mövzusuna çevrilib. Və bu müzakirələr indiyə kimi davam edir”.
ABŞ-ın "Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməsinə diqqət çəkən ekspert qeyd edib ki, bu, artıq siyasi qərardır: "Yəni Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün ABŞ hökuməti belə layihələri dəstəkləyir. Bu, daha çox siyasi əməkdaşlıqdır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou